Gürcüstan vətəndaşı Azərbaycan sərhədini pozdu

Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədi pozulub.

DSX-dənverilən məlumata görə, hadisəavqustun 7-də baş verib.

Belə ki,Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.