AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib.
Sabahinfo.az xəbər verir ki, Partiya sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, Həsən Kərimov bu gün ürək tutmasından evində dünyasını dəyişib.
Qeyd edək ki, 61 yaşlı Həsən Kərimov uzun müddətdir ki, ürək problemindən əziyyət çəkirdi.