Hüseyn Abdullayev aclıq aksiyası keçirir? - RƏSMİ AÇIQLAMA

"Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayevinaclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir".

Sabahinfo.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraqƏdliyyə NazirliyiPenitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O bildirib ki, H.Abdullayev hazırda heç bir aclıq aksiyası keçirmir.

M.Sadıqov onu da əlavə edib ki, Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi haqqında deyilənlər də həqiqəti əks etdirmir: "Taleh Bağırovun aclıq aksiyası keçirmir".