Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı

Rusiyada 2026-cı ilin əvvəlindən indiyədək ayı hücumları nəticəsində 30 nəfər həyatını itirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tomsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, noyabrın 1-də Pervomayski rayonunun Orexovo kəndi yaxınlığındakı meşəlik ərazidə 62 yaşlı kişinin meyiti aşkarlanıb. Onun bədənində çoxsaylı xəsarətlər qeydə alınıb.

Beləliklə, bu ilin əvvəlindən Rusiyada ayı hücumları nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu cür hadisələr daha çox Buryatiya, Kamçatka və Tomsk vilayətlərində qeydə alınıb.