İranın Rəzəvi Xorasan vilayətində yerləşən Koşamar şəhərində Rixter cədvəli üzrə 5,2 bal gücündə olub.
AzVision.az-ın məlumatına görə, bu barədə İranın dövlət televiziyası xəbər yayıb. Tehran Geofizika İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla 01:58-də baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb.