Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May - Respublika Günü şərəfinə nadir bayram təbriki həyata keçiriləcək.
Sabahinfo.az AzərTAc-a istinadən xəbər verir ki, mayın 28-də Fatih Sultan Mehmet körpüsü Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişəcək.