“İtaliya-Azərbaycan Dostluq” Dərnəyi yaradıldı

Romada "İtaliya-Azərbaycan Dostluq” Dərnəyi yaradılıb. Bu barədə qurumun yaradıcılarından biri türkiyəli jurnalist Dündar Keşaplı məlumat verib. O, dərnəyi azərbaycanlı həmkarı Rəşad Qurbanovla birlikdə təsis etdiklərini bildirib. Dündar Keşaplı qeyd edib ki, dərnək mədəniyyətlərarası əlaqələrə zərbə vurmaq istəyənlərə etiraz əlaməti olaraq yaradılıb. 25 ildir, İtaliyada yaşayan və Türkiyə mediasında beynəlxalq layihələri ilə tanınan Dündar Keşaplı əsas məqsədlərinin, azərbaycanlı həmkarları ilə birlikdə İtaliya və Azərbaycan arasında əlaqələrinin inkişaf etdirilməsinə təkan vermək olduğunu vurğulayıb. Qurum mədəniyyət, sənət, dəb, kino və idman sahələrində fəaliyyət göstərəcək. Dərnəyə iki ölkə arasında rəsmi dairələrdən dəstək veriləcəyi gözlənilir. Təşkilat sədri Dündar Keşaplı dərnəyin mayın 6-da Bakıda təqdim ediləcəyini bildirib.