Mənə kimsə kor deyə bilməz..

Dünya Rəssamlıq tarixində çox maraqlı hadisələr eşitmişik və çox vaxt da təəcüblənmişik.Təəcüblənməyənlər də olub, buna təbii baxanlar da .  Müxtəlif rəssamlar haqqında rəvayətlər, hadisələr, gülməcələr daha nələr,nələr.  Buna görə də rəssamların həyatı maraqlı görünüb hamıya. Mənim bugün sizə deyəcəyim isə inanıram ki, hamını təəcübləndirəcək. Saysız hesabsız rəssam ordusu var. Bunların hamısını bir yerə toplasan və eyni obyekti kətana köçürmək gərəksə hərə bircür çəkəcək. Çünki, baxmaqla görməyin fərgi var. Hərə bir cür görür və kətana köçürür. Bu artık rəssamın tərzinə,təcrübəsinə bağlıdır. Sıradan bir adam isə təbii ki , onu çəkəbilməz. Gördüyünü kətana köçürə bilməz. Mənim sizə təqdim edəcəyim adam isə anadan kor doğulub. Yəni bu adam  günəşin doğduğunu ,ayın çıxmağını, gülün,çiçəyin rəngini, ağacın formasını heç görmedi. Dediyim kimi anadan kor doğuldu. Bu gün Amerika institutları onun beynini araşdırmaqla məşğuldu.  Avropa elmi institutları  heyrətlə araşdırmaqdadılar. Bu möcüzə adam Türkiyədə yaşayır. Əşrəf Ərmağan. Mənə kimsə kor deyə biməz , mən çox görən adamlardan daha yaxşı görürəm deyən möcüzəli rəssam bu sözləri deyərkən nəqədər haqlıdı. Rəssamdı həm də abstrakt rəsmlər çəkmir, real mənzərə, portret (hətta konkret adam portreti) , natürmort, sualtı aləm , kompozisiyalar. ..

Möcüzədi deyilmi. Mən inana bilmədiyim ama inanmağa məcbur olduğum bir faktdı. Bir neçə möcüzələrin ünvanı olan Türkiyə bu fakta da sahiblik edir. Bircə faktı deyim 1550 ci ildə özünə danad düzəldib Qalata qülləsindən Üsküdara uçan(istanbilda olanlar məsafəni bilir),və ovaxtkı sultan sarayın təhlükəsizliyi ilə əlaqədar edam etdiyi Çələbi də  bir möcüzə-faktdı.

Nəvai Metin. Rəssam