Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşlarının adları məlum olub.
Apa-nın məlumatına görə, onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları – Vüqar Nəsibov və İsmayıl Tağıyevdir.
Hər iki polis zabiti bu gün saat 12.00-da II Fəxri Xiyabanda dəfn olunacaq.