"Neptun” Supermarketlər şəbəkəsinin 1 may tarixindən etibarən 28 may küçəsində yerləşən filialı yenilənmə məqsədilə təmirə dayandırılıb. Şəbəkənin ictimaiyyətlə əlaqələr şöbəsindən "Sabahinfo”ya verilən məlumata görə, filial təmir işlərindən sonra müasir standartlara cavab verən yeniliklərlə istifadəyə veriləcək. Bildirilib ki, "Neptun” Supermarketlər şəbəkəsi yaxın günlərdə yeni aksiya və sərfəli kampaniyalara başlayacaq. Qeyd edək ki, şəbəkə 2003-cü ildən fəaliyyət göstərir.