Nurlan vaqifoğlu 17.03.1986 ildə salyan rayon xalac kəndində anadan olub. 2003-cü ildə tam orta məktəbi bitirib.
2004, 2005-ci illərdə həqiqi hərbi xidmət keçib DSX sərhədçi adını qazanıb.
2009, 2013-cü illər ərzində Ağcəbədi müəllimlər instutunu bitirib.
Hal-hazırda müəllim işləyir.
Erkən yaşlarından bədii yaradıcılıqla məşquldur.
Bir kitab müəllifidir.
Evləri özündən balaca adam,
Ürəyin Tanrının ovcuna sığmaz...
Sən min il, milyon il yol gəlirmişsən,
Düşüncən yer adlı xurcuna sığmaz.
Sözlərin dilində tüstünə düşər,
Ulduzlar içində sürgünə düşər...
Başın buludların üstünə düşər,
Ayağın dünyanın ucuna sığmaz.
Gör nələr söylədin, a bəxt yiyəsi,
Düşdün misra-misra şeirə əsir...
Bəlkə də sözün də qalacaq kəsir,
Bu yolda bir ömür xərcinə sığmaz.
Gör necə öldü bu adam
Günahı başdan yuxarı,
Hər kəsdə ocaq qaladı
Yağan yağışdan yuxarı
Dişləri örtdü dilini
Göylərdən tökdü külünü.
Tikdirdi son mənzilini,
Boydan qarışdan yuxarı.
Verib ələ yaxa bilmir
Çəkilib çarmıxa bilmir
Gör necə də çıxa bilmir,
Durduğu yaşdan yuxarı.
Hardasa tanrının ədaləti var.
hardasa bu adlar varaqa düşdü.
hardasa dünyalar çiçəklənmədə hardasa bir çiçək sazağa düşdü.
Hardasa şər, xeyr bir qərar oldu, hardasa xoşbəxtlik bərqərar oldu.
hardasa dərd ,kədər ahu, zar oldu.
hardasa yar ,yardan uzağa düşdü.
Hardasa göylərin dümanı yetdi.
hardasa ayrılıq zamanı yetdi.
hardasa bir ömrün karvanı yetdi.
hardasa bir igid sınağa düşdü.
Hardasa bir körpə çağlayır indi.
hardasa bir gözəl ağlayır indi.
hardasa bir sevgi ağrıyır indi.
hardasa tanrı da qınağa düşdü.