Ölü sayı 16-a çatdı, 54 yaralı - Yenilənib

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir

Bu saata olan son məlumatlara əsasən, yanğnda ölənlərin sayı 15 nəfərdir. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, 61 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

***

14:30

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb. BunuSəhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 43 nəfər yaralanıb. Onlardan 24 nəfəri xəstəxanalara yerləşdirilib. Daha çox yaralı Toksikologiya Mərkəzinə yerləşdirilib. 9 nəfərə yerində yardım göstərilib.

***

14:05

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 6-ya çatıb. BunuSəhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 20 nəfər xəstəxanalara aparılıb. 6 nəfərə isə yerində yardım edilib.

lent.az