Geyim ilk təəssürat yaratmaq üçün ən əsas vasitələrdən biridir. Yəqin ki, "Sizin ilk təəssürat yaratmaq üçün ikinci şansınız olmayacaq,” ifadəsini siz də eşitmisiniz. İnsanlar ilk baxışda adətən sizi geyim tərzinizə görə dəyərləndirir. Bunun nə dərəcədə doğru olduğunu mühakimə etmək ehtiyacı olsa da, həqiqət dəyişməz olaraq qalır. Bu fikir sizin nə geyindiyinizin başqaları üçün nə qədər əhəmiyyətli olduğunu göstərməyə bəs edir.
Dəb və geyim mövzusunda həmişə keçmişə baxmaq da maraqlıdır. Hər bir dövrün geyimi həmin illərin ruh halını da göstərir. Dəbin dövri olduğunu düşündükdə isə, illər ərzində dəyişən dəbdə onilliklər keçdikdən sonra təkrarlanan tendensiyaları da müşahidə etmək mümkündür.
sabahinfo.az sizə XX əsrin əvvələrindən müasir dövrümüzə qədər dəyişən dəb tendensiyalarını təqdim edir.
1916 – 1926

Ətir yeni kəşf edilmişdi, kəmər isə narahat korsetlərə əvəz etməyə başlamışdı. Bu dövrə geyimləri rahatlaşdıran aksessuarların yaradılmasını aid etmək olar.
1926 – 1936

Artıq qadınlar da öz geyim hüquqlarını ifadə etməyə başlamışrı. Bu dövrdə uzun ətəklər nisbətən qısaldı, qadınlar artıq şalvar geyinməyə başlamışdı. Rahatlıq önəmli məsələlərdən birinə çevrildi.
1936 – 1946

Müharibə hər şeyi dəyişdi. Modanın unutması da bu dəyişikliklərdən biri idi. Kişilər əksəriyyəti əsgər forması geyinir, qadınlar isə sadə paltarlara üstünlük verirdilər.
1946 – 1956

50-ci illərdə insanlar müharibənin izlərini silməyə çalışırdı. Artıq daha çox ayyaqabı seçimi var idi. Siluetlər bütün dünyaya yayılmışdı Qadınlarda eleqantlıq, kişilərdə isə ciddilik var idi.
1956 – 1966

60-cı illərin dəbi qadın zərifliyini ön plana çıxarırdı. Şapkalar və qabarıq saç düzümləri populyarlaşmağa başlamışdı. Ətəklər bir az da qısalmışdı.
1966 – 1976

70-ci illər modada "azadlıq” illəri idi. Dizaynerlər hər kəsin istədiyi kimi geyinməli olduğunu düşünürdü. Qadınlar köynək geyinməyə başlamışdı. Kişilər arasında isə cins məşhurlaşmağa başlamışdı.
1976 – 1986

80-ci illər cavaracci şalvarı, qladiator sandalının populyar olduğu illər idi. Bu dövrün dəbi olduqca spesifik hesab edilir.
1986 – 1996

Punk stilinin modanı əsir aldığı illər. Sarı saçlar, jaket və pencəylər bu illərdə moda olmuşdu. Gənclər azadlıqlarını geyimləriylə ifadə etməyi bacarırdı.
1996 – 2006

Modada qadın-kişi fərqinin azaldığı və geyimlərim uniseks olmağa başladığı dövr. İnsanlar daha rahat və cəsarətli geyinirdi.
2006 – 2016

Nəhayət ki, yaşadığımız dövrdəyik. Artıq daha çox insan dəbi izləyir və yeni tendensiyalara ilk ayaq uyduranlardan biri olmağa can atır.