Dilarə Hacıyeva: “Qarabağa qayıdan sakinlərin dayanıqlı məşğulluğu dövlətin xüsusi diqqət mərkəzindədir” İşğaldan azad edilmiş ərazilərdə inşa olunan müasir yaşayış komplekslərində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait yaradılır. Xankəndi, Xocavənd və Zəngilana köçlərin reallaşması ilə yanaşı, bölgəyə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə aktiv məşğulluq proqramları və əmək yarmarkaları təşkil olunur. Bu fikirləri açıqlamasında “Sosial-İqtisadi Tərəfdaşlıq Naminə” İctimai Birliyinin sədr müavini Dilarə Hacıyeva bildirib. O qeyd edib ki, Ağdam Sənaye Parkında yeni istehsal müəssisələrinin açılması və sahibkarlara güzəştli kreditlərin verilməsi regionda yeni iş yerlərinin yaradılmasını sürətləndirir. D.Hacıyevanın sözlərinə görə, bu tədbirlər işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqələrin qurulmasına və ailələrin sosial rifahının yüksəlməsinə xidmət edir.