Ağcabədi sakini zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə aprelin 26-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.