Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində
qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen
Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər
Məhkəməsində davam etdirilib.
APA-nın Qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum
edilməsini istəyib. Hökm bu gün çıxarılacaq.