Qasımlı Nicat - Bilmirəm,bu dünya nədir,nəçidir

Qasımlı Nicat Kamal oğlu 1996-cı ildə Mingəçevir şəhərində anadan olub 2002 ci ildə Cəbrayıl rayon qaçqın məktəbinə 1 sinifə getmiş və 2013 cü ildə bu məktəbi bitirmişdr. 2015 ci ildə Sumqayıt Dovlət Universitetinin Tarix Fakultəsinə qəbul olub. 2013 cü ildən peşəkar yaradıcılığa başlamışdır.

Məni öz qəbrimdə basdırın Ana

Bilmirəm,bu dünya nədir,nəçidir Bir onu bilirəm, dolayıb məni Çox zaman inanki, olub-olmaza Pərvanədək oda qalayıb məni   Dəyişmir hiyləsi, dəyişmir kini Neçə insanları çaşbaşa salmış Dünya qocalarmı deyə düşünən İllərcə düşünmüş, özü qocalmış   Mən hələ dünyanın təzə adamı Ayayığım yerimir, dilim söz tutmur Sözümdən yüz ocaq tutsam nə xeyri Ocağım sönəndə yeri köz tutmur   Nədir bu dünyanın işi bizimlə Əvvəlcə bələkdə bələyir bizi Sonunda bələyi kəfən eləyib Topraqdan düzəldir qəbrimizi   Mənim şeirlərim, sözlərim kitab Məni öz qəbrimdə basdırın, Ana Ölsəm, sətirlərə həkk olacam mən
Məni öz qəbrimdə basdırın, Ana

Qoyma baxsın özgə göz saçlarına

 Gülüm, aç saçını yandır qəlbimi,

Qoyma baxsın özgə göz saçlarına.

Sənin saçlarından gözəl saç varmı, Dünyanı qul eylər öz saçlarına.   Gözəlsən gözəlim saçların gözəl, Sənsiz yazmağın yox mənası qəzəl. Sən təksən gözəlim yeganə, əzəl, Çatdıra bilmərəm söz saçlarına.   Sevgimlə bu dövran yenə çönəcək, İnanmıram keçən zaman dönəcək. Sənin üçün yanan qəlbim sönəcək, Düşməsin köz qəlbimdən saçlarına.   Nə külək oxşasın sənin telini, Gəl yanıma, ey bəxtimin gəlini ! Nicat saçlarına tutsun əlini, Düşməsin Nigarım toz saçlarına .    

Çevirdin

Məni dəyişdinsə haladı sənə Ruhumu dəyişib muma çevirdin Sanki başdan- başa daş ürəyimi Bir anın içində quma çevirdin   Məni həm güldürüb, həm ağlatdın Sevincimdə gəzdin, qəmimdə yatdın Qəlbimdə bir vaxtı sən ocaq çatdın Sonda o ocağı şama çevirdin   Bir anda ayrıldın qəlbimdən getdin Qaranlıq kölgə tək gözümdən itdin Üsündə gəzdiyim yeri ev etdin Göyüdə ev üçün dama çevirdin  

Bu Tayda , O Tayda

Mən o Taydan, bu taya bir sorağam Babadağam, mən Qoşqaram bu tayda Şəhriyarın Heydər babasıyam mən Başı qarlı Savalanam o tayda   Məni tanı Türki- Hundan gəlmişəm Yeniseydən, mən Orxondan gəlmişəm Altaylardan, Türkistandan gəlmişəm Ordu yıxan bir Xaqanam bu tayda   Dəyişmədi mənim əslim, özlüyüm Yerindədi saflığım və düzlüyüm Əbədidir Bozqurdluğum, Türklütüm Tıraxtoram qəhrəmanam o tayda   Mənəm dövri qədim çağlar Türk olan Əyilməyən polad kimi bərk olan Xaqanlar başlarında börk olan Xaqanlardan qalan xanam bu tayda   Təbriz kimi bir diyarın oğluyam Həsrət dolu, dilfigarın oğluyam Hədiyəm mən Şəhriyarın oğluyam Şəhriyardan bir nişanam o tayda   Bulaqların, çeşmələrin suyu mən Gecələrin aydınlanan ayı mən Vətənimimhəm o həm bu tayı mən Yerəm, göyəm, asimanam bu tayda   Qardaş azdı dar günümə yetəndi Qızılgüldü bağrım üsdə bitəndi Bu sinəmdə bölük-bölük vətəndi Bu tay yoxsa yaşayamam o tayda   Şair deyən qazan yenə daşacaq Dədə qorqud bizə dastan qoşacaq Türklər birdə Çin səddini aşacaq Mətaxanam, Bilgəxanam o tayda   Dəyişəcək bu dünyanın çarxıda Böyüyəcək, Şanlanacaq Türküdə Yaşayacaq törəsidə, börküdə Özüm boyda bir Turanam bu tayda  

Bozqurd

Gecə qaranlıq,Ayda yox bu gecə Gizlənmiş buludların qoynunda Ulduzlar sayrışır qaranlıqlars Qulaq verir sanki uzaqlıqlara   Ay övladlarını bəkləyir Gecənin övladını Gecə qaranlıq gecə Özləyir evladını   Ulartı səsi,o nə səs Gecənin övladı ulayır Yalquzuzaqdı tənha qalıb Gecənin övladları ulayır   Bozqurddu o auuuuuu Auuuu ulayır o Qurd başlı bayraq sahibi Türk başbaqun arayır o Gecə qaranlıq gecədir Övladı bozqurd ulayır Dünyan yaranandan bəri Türk irqinin uğruna Bir yücə bozqurd ulayır