İctimai Həyatda Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gələcəyimizi özümüz quraq” layihəsinə yekun vurub.
Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların musiqi və rəsm yaradıcılığı, həmçinin digər sahələr üzrə üzrə qabiliyyətlərinin inkişaf etdirilməsi, onların istedadlarının aşkar edilməsi üçün uşaqların dərnəklərə aparılması, onlara fərd kimi yanaşmanın vacibliyini izah etmək üçün bu cür uşaqlar və onların valideynləri arasında maarifləndirmə tədbirlərini həyata keçirilməkdən ibarətdir.
Layihə çərçivəsində Bakı şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların musiqi və rəsm yaradıcılığı, həmçinin digər sahələr üzrə qabiliyyətlərinin inkişaf etdirilməsi üçün maarifləndirmə tədbirləri baş tutub. Həmçinin gənclərə ixtisas və peşənin düzgün seçimi, özünə inam, hədəf seçmək, beyin gücü, ünsiyyət qurmaq, zamandan əlverişli istifadə etmək, ətraf dünyanı analiz etmək, konsantrasiya, həyəcan və gərginliyi idarə etmək, effektiv iş axtarışı üsulları, CV-lərin hazırlanması və bu kimi mövzularda seminarlar təşkil olunub.


