Salam Sarvanın bacısı oğlu intihar edib, ya öldürülüb? - YENİLƏNİB

Şair Salam Sarvanın bacısı oğlu, 22 yaşlı Mikayıl Mehman oğlu Qəmbərovun mayın 4-də intihar etdiyi barədə məlumat yayılmışdı.
Bakupost.az-ın məlumatına görə, mayın 4-də xeberle.com saytı yazıb ki, M.Qəmbərovyaşadığı mənzilin beşinci mərtəbəsindən özünü ataraq intihar edib.
Xəbərdə bildirilir ki, intiharın səbəbi bilinmir.

Qeyd edək ki, şair Salam Sarvan bacısı oğlunun öldürüldüyünü iddia edir.

**

15:41

Abşeron rayonunda tanınmış şair Salam Sarvanın bacısı oğlu öldürülüb.

Bu barədə Bakupost.az-a şair özü məlumat verib. O deyib ki, hazırda mərhumu doğulduğu Cəlilabad rayonuna dəfn etməyə aparırlar.

Öldürülən şəxs 22 yaşlı Mikayıl Qəmbərovdur.
Əlavə məlumat veriləcək.