Sabahinfo.az-ın məlumatına görə, şəhidin yaşadığı 20 Yanvar küçəsində 16-cı məhəllədə yol kənarında dəmir lövhə quraşdırılıb. Lövhədə şəhidin bu məhəllədə yaşadığı qeyd olunub.
Əbdülməcid Nadirşah oğlu Axundov 15 oktyabr 1993-cü ildə Sumqayıt şəhərində doğulub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alaraq elektrik mühəndisi ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələri sıralarında manqa komandiri vəzifəsində hərbi xidmət keçən Ə.Axundov ötən ilin aprel ayının əvvəllərində Azərbaycanın Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısının alınmasında şəxsi igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid olub.
Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib.
Qəhrəman şəhidlərimizin pak ruhunu hörmətlə anır, Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Xeberle.com


