Avropa Oyunlarına artıq 44 gün qalıb. Görülən hazırlıqlar isə demək olar ki, yekunlaşmaq üzrədir.
ANS
TV-nin məlumatına görə, paytaxtda keçiriləcək I Avropa Oyunları zamanı
ən çox dəyişiklik yol infrasturukturunda həyata keçirilir. Bu idman
arenalarına aparan yollarda daha çox nəzər çarpır. Su İdman Kompleksi,
Əl Oyunları Sarayı və Kristal Hollun yerləşdiyi Neftçilər prospekti boyu
aparılan abadlıq işləri yekunlaşmaq üzrədir.
Su
İdman Kompleksi ətrafında yaşlılaşdırma işləri aparılıb. Binaların
fasadları yenilənməsi yekunlaşmaq üzrədir. Yol boyu düzülən
məlumtaındırıcı lövhələrin sayı artırılıb.
Qeyd
edək ki, Avroviziya mahnı müsabiqəsi ərəfəsində yollarda otel və
mədəniyyət abidələrinin göstərən lövhələr quraşdırılmışdı. İndi bu
siyahıya idman arenalarının yerini göstərən lövhələr də əlavə olunub.
Daha iri ölçüdə olan bu lövhələrin bəzilərində məlmumatlar İngilis, bəzilərində isə Azərbaycan dilində verilib.
Yol boyu düzülən zibil qutuları da gözümüzdən yayınmadı. Dəmir qablar çox yaxın məsafələrdə qoyulub.
Yolladrda
daha bir yenilik - oyun zolaqlarının çəkilişidir. Bu zolaqlar oyunların
keçirdiyi ərazilərə gedən yollarda çəkilir. Həmin yollarla stadionların
ərazisinə işləyəcək ekspres marşrutlar və idmançıları daşıyan
avtobuslar istifadə edə biləcəklər.
3,75
metr eninidə olan oyun zolaqları 15 sm. enində sarı xətlə
məhdudlaşdırır. Zolaqları fərqləndirən həm də orada Avropa Oyunlarının
loqotipinin çəkilməsidir. Bu tip loqotiplərin həmin yolların
kənarlarında da quraşdırılır.
Avropa
Oyunlarınını loqtiplərinə "London taksiləri” üzərində də rast gəlmək
mümkündür. Bu yeni avtomobillər əsasən ağ rəngdə rənglənib.
Avtomobillərin üzərinə müxtəlif idman növlərilə bağlı loqolar yapışdırılıb.
Avropa
Oyunları ərəfəsində şəhərdə ancaq bu taksilər fəaliyyət göstərəcək.
Oyunların keçirildiyi əraziərdə digərlər taksilər fəaliyyəti
məhdudlaşdırılacaq.
"Həmin
taksilərlə bağlı prosedur qaydalar həyata keçirilir. Taksi sürücülər
indidən dərk etsinlər ki, onlar oyuların keçiriləcəyi ərazilərin
yaxınlığına buraxılmayacaqlar. Xususən də qeyri-qanuni fəaliyyət
göstərən taksi sürücülərin nəzərinə çatdırıram ki, oyunlar zamanı idman
arenalarına yaxın ərazilərdə fəaliyyət göstərməsinlər”, – deyə nəqliyyat
nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Oynlar ərəfəsində avtomobillərin parklanması üçün qaydalar da müəyyənləşib.
Avropa
Oyunlarının keçiriləcəyi idman arenaları ətrafında nəzarət zonaları
yaradılıb və xüsusi nişanlarla qeyd olunub. Həmin ərazidə yaşayanlar
məhz nişanlanmış sahələrdə maşınlarını saxlaya biləcəklər.
İş yerləri həmin ərazidə olanlar üçün isə bu qadağan ediləcək.
Artıq
parklanma qaydaları ilə bağlı xəritələr tərtib olunub. "Bakı 2015”
ərəfəsində və oyunlar zamanı yolu idman arenaları yerləşən ərazilərdən
keçən və maraqlanan hər bir vətəndaş, internet saytlarından istifadə
etməklə bu xəritələrə baxmaq imkanı əldə edəcək.