Bu gecə Bakıda daha bir yol təmirə dayanır

Bakının mərkəzi yollarında təmir işlərinin aparılması davam edir. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, fevralın 27-i gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Fikrət Əmirov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq. Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. İşlər 3-4 gün müddətinə davam edəcəyindən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.