Bakının daha bir küçəsi bir neçə günlük bağlanacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, fevralın 25-i gecə saat 22:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq. Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunurBu küçə 5-6 günlük bağlanır
Bakının daha bir küçəsi bir neçə günlük bağlanacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, fevralın 25-i gecə saat 22:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq. Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur