Ülviyyə Şahin - Əlimdə deyil

Sənin dəniz səmasına oxşayan Gözlərindən 
Qəşəng deyil...
Baxsan dünya.....
Amma, kim duya,kim? 
Kim anlayar onları
Zamanla axanları
Zaman hakim,mənsə..... 
Əli-qolu bağlı məhkum ikən
Müttəhim kürsüsündə, 
Sözlər də kilidlidir dilimdə. 
Əlimdə deyil.....
Əlimdə olanları çoxdan salmışam,
Mən vardan yox....
Yoxdan var olmuşam!!!