Ali təhsil
müəssisələrinin (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11
illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb
TQDK-ın
mətbuat xidmətindən verilən məlumata görə, TQDK Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
elan edir. Ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır.
Ali
təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət
edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə
(eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq
edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə
"Abituriyentin elektron ərizəsi" formasını doldura bilərlər.
I-IV
ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər
həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim
etməlidirlər. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini
cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya
tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermədən müsabiqədə
buraxılış imtahanındakı nəticələri əsasında iştirak edə biləcəklər.
V
ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında
abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri
Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili),
riyaziyyat və xarici dil fənlərindən test imtahanı verəcəklər. İmtahanda
abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test
tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt
ayrılacaq.