Vyetnam prezidenti Azərbaycana gəlir

Vyetnam prezidenti Çıonq Tan Şanq may ayının 13-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq. Bu haqda məlumatı TASS agentliyi yayıb. Məlumata görə, prezident bundan öncə may ayının 7-dən 10-dək Rusiyada, 10-dan 13-dək isə Çexiyada rəsmi səfərdə olacaq. Qeyd edək ki, Çıonq Tan Şanqın Moskvada Böyük Vətən Müharibəsində əldə edilən qələbənin 70-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirakı gözlənilir.