Polis əməkdaşı Bakıda güclü yanğın baş vermiş 16 mərtəbəli binadan 4 nəfəri xilas edib.
Trend-in məlumatına görə, mayın 19-da Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın zamanı Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı Qocayev Şahin Alı oğlu vəzifəsinin icrası zamanı şücaət göstərərək 3 nəfəri xilas edib. 4-cü sakini, Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi Ülvi Sadıqovu binanın 7-ci mərtəbəsindən götürüb xilas edərkən hər ikisi blokda tüstüdən zəhərləniblər.
Polis əməkdaşı Şahin Qocayev və tələbə Ülvi Sadıqov 6 saylı Birləşmiş şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hazırda hər ikisi ciddi həkim nəzarətindədir.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.