“Yeyinti məhsullarının idxalı artıb”

"2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə son 3 ayda kənd təsərrüfatının 3 faizdən çox artdığı qeyd olunub”. Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. "Apardığımız araşdırmalar və əldə etdiyimiz statistik rəqəmlər isə əksinə, aqrar sahədə çox ciddi geriləmələrin olduğunu deməyə əsas verir. Belə ki, 2015-ci ilin ilk 3 ayı ərzində keçən ilin anoloji dövrünə nisbətən yeyinti məhsulları ixracı kəskin azalsa da idxal 19.94 faiz artıb. Bu göstəricilərdə idxal məhsulları sırasında yer alan əsasən strateji əhəmiyyət kəsb edən ərzaq malları və kənd təsərrüfatı məhsullarıdır. Belə ki, keçən ilin anoloji dövrünə nisbətən əsasən çörək və çörək məhsulları istehsalı üçün nəzərdə tutulan buğda idxalı - 68.97 faiz, ət idxalı -10.12 faiz, həmçinin əsasən kəsim üçün gətirilən diri heyvanların idxalı- 56.97%, süd məhsulları – 12,66%; o cümlədən süd - 6.20%, kərə yağı - 48.43%, yeməli meyvələr- 456.14%, meyvə-tərəvəz- 194.07%, müxtəlif ərzaq məhsulları idxalı -28.11faiz artmışdı” – deyə V.Məhərrəmov qeyd edib.