Yazıçı, publisist, dramaturq, tarixçi Yunus Oğuz "Böyük Səlcuq dövləti – Alp Arslan” adlı yeni tarixi romanını tamamlayıb. Roman Oğuz boyundan olan səlcuqların təşəkkülü, dövlətin yaranmasından, Bizans imperatoru IV Roman Diogenin Malazgird döyüşündə əsir düşməsindən bəhs edir.
Romanda həmçinin ilk siyasi terrorun banisi Həsən Sabbahın yaratdığı xaşxaşilərdən söz açılır.
Kitab yaxın zamanlarda işıq üzü görəcək.
Qeyd edək ki, Y.Oğuzun indiyədək "Əmir Teymur dünyanın hakimi","Əmir Teymur zirvəyə doğru", "Nadir şah", "Atilla", "Təhmasib şah" və s. tarixi əsərləri işıq üzü görüb.