Səni unutmaqla keçir hər ilim,
hər dəfə baxıram unutmamışam.
Qaçır görüşünə fikrim, xəyalım,
yadıma düşürsən hər səhər-axşam.
Həsrəti
şərabtək çəkib başıma,
ruhumu bir az da sərxoş edirəm.
Bütün varlığımı qatıb qarşıma,
özümdən xəbərsiz sənə gedirəm.
Gedirəm,
gedirəm çata bilmirəm,
özümə dönməyə üzüm də olmur.
Həyatın ipinə yata bilmirəm,
hər şey mən istəyən düzümdə olmur.
Dünyamı basıma
yıxdın gedəndə,
yaratdın mən boyda bu viranlığı.
Sənintək vəfasız deyiləm mən də,
bacara bilmirəm unutqanlığı.
Yaralı ürəyi
sağaldammıram,
ovuda-ovuda sevirəm səni.
Neynim, sevə-sevə unudammıram,
unuda-unuda sevirəm səni.
Səni
unutmaqla keçir hər ilim,
hər dəfə baxıram unutmamışam.
Qaçır görüşünə fikrim, xəyalım,
yadıma düşürən hər səhər-axşam.
*************
Çoxdan tərgitmişem yaşamağı mən,
çoxdandı ömrümü yola verirem.
Vaxtı misra-misra, bend-bend qelemnen,
günləri kağıznan yelə verirəm.
Ötürəm
baharnan, payıznan, qışnan,
gəzirəm küləknən, qarnan, yağışnan.
Həmsöhbət oluram ağacnan, daşnan,
sirrimi böcəyə, gülə verirəm.
Qaçıram Tanrının
hər cür dinindən,
şeytanlar gördükcə mələk donunda.
Məhkəmə qururam vicdan önündə,
özüm öz suçumu ələ verirəm.
Bir köhnə mahnıyam təzə avazda,
səsimdə yanğı var, qəm var bir az da.
Itəndə, özümü tapıram sazda,
gücümü mizraba, tələ verirəm.
Üzümə bağlıdı tağlı qapılar,
elə bağlı qalsın bağlı qapılar!
Nə vaxtsa qədrimi bilən tapılar,
mən də öz canımı bele verirem.
************
Mən seni gördüyüm gün
itirmişdim özümü.
Səndə başlamaq üçün
bitirmişdim özümü.
Görüşüne, a
göyçek,
almamışdım gül-çiçek.
En gözel hediyyetek
götürmüşdüm özümü.
Gelmemışdin görüşe,
mat qalmışdım bu işe.
Eve qemle baş-başa
ötürmüşdüm özümü.
Gözlerinden yaş damır, peşmansan...Bu yaşdamı? Bir zaman, yadındamı getirmişdim özümü?
Neçe arzu üreyimden
gelib keçdi gülle kimi.
Bezdim derdin
cilvesinden,
asılmışam zivesinden.
Daha ömrün zirvesinden
enir cismim pille kimi.
Ölem
gerek Haqq yolunda,
yaşatmırlar sağ olanda.
Şairlere xalq ölende
heykel qoyur qulle kimi.
*********
Gül kimi bir nefes derdim,
qoxlamamış tengitdiler.
Telesdire-telesdire
her işimi lengitdiler.
Zalımlar o
qederdiler,
iblisden de beterdiler.
Biryolluq ne öldürdüler,
ne ağrımı sengitdiler.
Töretdiler
fitne, savaş,
birbirine atdırıb daş.
Adamlara yavaş-yavaş
adamlığı tergitdiler.
**************
Ömrün payızında gəldik üz-üzə,
bu dünya yamyaşıl göründü bizə.
Könüllər dil açdı, baxdıq göz-gözə,
eşq ilə çağladıq, bilmədik, ancaq
sən mənə yasaqsan, mən sənə yasaq.
Gəldi ömrümüzə qəm axın-axın,
döndük qucağına amanın, ahın.
Xəlvətdə görüşüb olsaq da yaxın,
yenə də uzağıq, yenə də uzaq!
Sən mənə yasaqsan, mən sənə yasaq.
Ağladıq, gözümüz öyrəndi nəmə,
yamanca dolmuşuq, bəndik bir himə.
Açıb sirrimizi danışaq kimə?.
Sevgilim, bu dərdi bəs hara yazaq?
Sən mənə yasaqsan, mən sənə yasaq.
Həyatla savaşa bilməyəcəyik,
xatadan sovuşa bilməyəcəyik.
Bilirik, qovuşa bilməyəcəyik,
sevgimiz hicrana açıbdı qucaq,
sən mənə yasaqsan, mən sənə yasaq.
*************
Düşüb saxta arzuların dalınca,unutmuşdum menim olan ne varsa.
Şirin-şirin xeyallara dalınca,
gerçeklerim oldu yalan, ne varsa.
Yaşayırdım, öz
derdime yetirdim,
sapdırdılar, düz yolumla gedirdim.
Xoş günümü, dincliyimi itirdim,
heyatımda oldu talan ne varsa.
Duyan
yoxdur harayımı, sözümü,
YARADANa zilləmişəm gözümü.
Dünya, alıb aparıram özümü,
sənin olsun,
***********
Könlüm, gəl çataq göylərə,
yerə yolumuz çatmadı.
Uyduq günlərə, aylara,
ömrə ilimiz çatmadı.
Nə qaldı ötən
illərdən?..
Qoruyammadıq yellərdən.
Tutduq o qədər əllərdən,
yara elimiz çatmadı.
Gəl bulud olaq göylərdə, boşalaq, dolaq göylərdə Ölək de qalaq göylərdə, Yerdə məzarlıq bahadı, bəlkə pulumuz çatmadı.