ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti qarşılaşması baş tutub.
Sabahinfo.az xəbər verir ki, İsveçrə və Kolumbiya yığmaları "BC Place" stadionunda keçirilən oyunda 1/4 final uğrunda mübarizə aparıblar. Gərgin keçən görüşün əsas və əlavə vaxtında tərəflər hesabı aça bilməyiblər və matç 0:0 hesabı ilə başa çatıb.
Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan İsveçrə millisi 4:3 hesablı üstünlüklə qələbə qazanaraq turnirdə növbəti mərhələyə yüksəlib.
Beləliklə, İsveçrə 1/4 finalda Argentina millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya, Belçika və Argentina yığmaları da 1/4 finala vəsiqəni təmin ediblər. Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.