Ötən gecə Balakəndə bıçaqlanma hadisəsi baş verib. Rayonun Hənifə kənd sakini, 27 yaşlı Tural Qaçayev gecə radələrində sərxoş vəziyyətdə evə gəlib və həyat yoldaşı, 29 yaşlı Elza Qaçayevanı bıçaqlayıb. Əvvəlcə onların arasında mübahisə yaranıb və daha sonra münaqişəyə çevrilib. Əsəbləşən ər mətbəx bıçağı ilə həyat yoldaşına bir neçə dəfə xəsarət yetirib. Qadın yaralı vəziyyətdə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tural Qaçayev saxlanılıb, faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.