Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılması ilə bağlı görüntülər yayıb.
Görüntülərdən aydın olur ki, Vilyam Hacıyevtabeliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edib.
Sahibkar Səyalı Səfərova istintaq zamanı bildirib ki, keçmiş icra başçısı tərəfindən rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilən vəsaitin 30 faizinin geriqaytarılması tələb edilib:
DTX-dəaparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.