Müsahibəyə həyəcanlı, daxilində olan sevinc hisslərini gizlədə bilməyəcək dərəcədə həssaslıqla başladıq. Danışdıqca gözləri dolur, sevincdən səsi titrəyir.... Və nəhayyət. Müsahibimiz Milli Məclisdə Laçını təmsil edən millət vəkili Mahir Abbaszadədir.
-Mahir müəllim təşəkkür edirik bizə vaxt ayırdığınız üçün. Bildiyiniz kimi bu gün artıq Laçın rayonu düşmən işğalından azad olundu. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Laçın azadlığa qovuşdu. Laçından olan millət vəkili kimi sizin fikirlərinizi bilmək istərdik.
-
Bildiyiniz kimi, noyabr ayının 10-da üç
tərəfli müqavilənin əsaslarından biri də siz qeyd etdiyiniz kimi Laçın
rayonunun ermənilərdən tamamilə azad olunması idi. Biz bundan qabaq Ağdam
rayonunu, sonra isə Kəlbəcər rayonunun işğaldan azad olunmasının şahidləriydik.
Allaha min şükürlər olsun ki, bu gün Laçının işğaldan azad olunmasını qeyd
edirik. Mən bu münasibətlə başda
möhtərəm
cənab Prezidentimiz İlham Əliyevə təşəkkürlərimi bildirirəm. Eyni zamanda Müzəffər Azərbaycan Ordusuna minnətdarıq. Döyüşlərdə şəhid olmuş
qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Eyni zamanda xəstəxanalarda qazilərimiz var Allahdan onlara şəfalar diləyirəm.
Və eyni zamanda bütün Azərbaycan xalqını,
laçınlıları,
özümüzü təbrik edirəm. Çox sevinirəm ki, bu gün bizim 30 illik həsrətimizə son
qoyulur. Biz öz dədə-baba yurdlarımıza qayıdırıq. Hər bir insanın həyatında unudulmaz, sözlə ifadə edilə bilməyəcək, onun
heç vaxt yaddaşından çıxmayacaq xoşbəxtlik deyilən bir şey var. Bu gün 75 minlik laçınlı xoşbəxtdir.
Bu
günlərin həsrətilə kifayət qədər laçınlılar bu dünyadan köçüb gedibdir. Onların
ən böyük arzularından biri və
birincisi Laçını görmək, Laçında yenidən yaşamaq, oranı yenidən formalaşdırmaq, bu dünyadan köçəndə də o torpağa qismət olmaqla bağlı bir arzuları olub. Təəssüflər olsun ki, o
laçınlılar bu arzularına çata bilməyiblər. Amma mən özüm şəxs olaraq bu gün 75
minlik laçınlılar, Laçın sevərlər, bütün Azərbaycan xalqı ki, bu günləri yaşayırıq. Bu nöqteyi-nəzərdən mənə elə gəlir ki, biz xoşbəxt
adamlarıq ki, biz bu günlərin, anların canlı şahidləriyik. Bu xoşbəxtliyi bizə
qismət edən göydə Allaha, sonra möhtərəm cənab Prezident və onun Ali Baş
Komandanlığı ilə Müzəffər Azərbaycan Ordusuna təşəkkürlərimizi bildiririk və
hesab edirəm ki, həm möhtərəm cənab Prezidentin fəaliyyəti həm Azərbaycan Ordusunun
qüdrəti, gücü sayəsində biz bu günləri görürük və bu günlərin şahidi oluruq.
- Laçın xatirənizdə necə qalıb?
- Laçın rayonu işğal olunanda
mənim 17-18 yaşım var idi. Biz orta məktəbin sonuncu buraxılışı olduq.
Xatirənizdədirsə o vaxtlar məktəb 11 illik deyil, 10 illik idi. Biz 10 il orta
məktəbdə oxuduq. Amma təəssüflər olsun ki, çox qəribə idi biz orta məktəbin attestatını ala
bilmədik. Çünki may ayının 17-18-də Laçın işğal olundu. Amma orta məktəblərdə
attestatı iyul-iyun aylarında verirlər. O zaman hökumətin belə bir qərarı var idi
ki,
Məcburi köçkünlər, xüsusilə də laçınlılar və şuşalılar harada
məskunlaşdırılarsa orada, o kənddən, o məktəbdən o rayonun məktəbin təhsil şöbəsinin attestatını alırdılar. Mən də o zaman attestatımı Qubadlı rayonunun Balasoltanlı
kəndinin tam orta məktəbindən ala bildim. Mənim şəxsən yadımda Laçının ən gözəl
günləri qalıbdı və eyni zamanda bizim o müharibə dövründə Laçına düşən qrad
mərmiləri, Laçın uğrunda döyüşən Laçının, Azərbaycanın digər bölgələrindən
gəlmiş mərd oğulları, insanların Laçından
didərgin düşməsi, ataların, anaların övladlardan ayrı düşdüyü bir vaxtlar. (Fikrə gedir, o anları sanki indi də yaşayırmış kimi doluxsunur...)
Ömrümüzün ən gözəl çağları da, ən yaxşı günləri də Laçınla bağlıdır. Təbii ki, bu bizim uşaqlıq
illərimizdir. Amma eyni zamanda məcburi köçkün həyatına məhkum olduğumuz günlər
də məhz Laçından başlayır.
- Döyüşlərdə də iştirak etmisiz?
-
O zamanlar döyüşlərdə belə
iştirak edirdik ki, yəni mənim orduya yaşım düşmürdü. Amma biz orta məktəbi qurtardıqdan sonra bilirsiz, mən
Laçın rayonunun Güləbird kəndindənəm. Bizim kəndimiz Qubadlı tərəfdən Laçın
rayonunun birinci kəndidir. Ona görə Ermənistan silahlı qüvvələri Şuşanı və
Laçının şəhər mərkəzini işğal etdikdən, Qarabağla yolu bərpa
etdikdən sonra bir müddət bizim ordumuz bir tərəf Kəlbəcər tərəfdən, bir tərəf
Qubadlı tərəfdən oranı ermənilərdən müdafiə edirdi və bizim kəndimiz də 1993-cü
ildə işğal olundu. 1992-ci il Laçın işğal olunanda bizim kənd işğal
olunmamışdı. Onda bizim kənddə hamı əlinə silah götürüb, hərbi forma geyinib
orduya kömək edirdi. Təbii ki, orda kömək edən insanlardan da biri mən olmuşam.
Yəni orada qrad maşınlarının
boşaldılmasına, snaryadların düzülməsində, əsgərlərimizin yanında olmasına,
onlara mənəvi dəstəyin verilməsində də mən iştirak etmişəm. Amma döyüş olaraq,
təbii ki, bunu Azərbaycan Ordusu həyata keçirirdi və
əsgərlik yaşına, döyüşməyə yaşı 18 yaşından yuxarı həm kənd əhalisi, həm də
Laçın rayonundan olan insanlar iştirak edib.
- Mənim düşüncəmdə bütün işğaldan azad olunmuş torpaqlar o yerlərdə böyüyüb, formalaşmış, həyat tərzi qurmuş insanlar üçün çox əvəzedilməzdir. Məsələn, mən bu yaxınlarda bir epizoda baxıram mənim hörmətli həmkarım, dostumuz Aqil Abbas Ağdamın işğaldan azad olunması vaxtı qol açıb oynayır. Mən o insanı çox normal başa düşürəm. Bəlkə də Aqil Abbas son vaxtlar heç toylarda oynamamışdı. Məsələn, mən düşünürəm ki, mən ilk dəfə kəndlərə, kəsəklərə, rayon mərkəzinə, ya hara gedəcəyimi heç cürə planlaşdıra bilmirəm. Bilmirəm ki, nədən başlayacam və ilk getdiyim yer hara olacaq. Adam fikirləşir ki, bəlkə mən ilk dəfə doğulduğum evə gedim və yaxud bəlkə də mən ilk dəfə oxuduğum məktəbə gedim. Bilmirəm bəlkə mən qəbiristanlıqlara gedim, hansı ki, 30 ildir o qəbirləri bir ziyarət eləmirik. Bilmirəm... Bəlkə mən Laçının özü qədər qiymətli olan tarixi abidələrə gedim baxım. Bəlkə bizim üçün həmişə səcdəgah olan Seyidlər məhəlləsinə gedim? Mən bilmirəm. Yəni hələ heç cürə onu planlaşdıra bilmirsən insanın daxilində və düşüncəsində nə qədər böyük planlar olsa da təbii ki, o Vətəndən böyük deyil. Yəni o hisslərlə bağlı heç vaxt plan cızmamışam ki, mən gedəndə ilk dəfə hardan gedəcəm, necə gedəcəm və ən çox fikirləşdiyim məsələ var ki, görən mən özümü idarə edə biləcəm? Mən ümumiyyətlə bu sevincdən, bu heyrətdən, illərlə qəlbində gizlətdiyin, heç kəsə deyə bilmədiyin o sirrləri Laçınla üz-üzə qalanda deyə biləcəmmi? Onu düşünürəm. Elə hisslər var ki, hansı ki, illərlə bu səninçün çox böyük sirr olubdur, amma sən bu faktlarla üz-üzə qalanda bilmirsən nədən başlayasan. Mən də nədən başlayacağımı bilmirəm. Çünki Vətəndə hər şey sənin üçün birincidir. Yəni 30 ildir ordan ayrılmışıq. Mən Laçında doğulduğum evi də, məktəbi də, tarixi abidələri də, gəzdiyim küçələri də ilk dəfə görəcəm. Bəli mənə elə gəlir ki, hərdən onları mən növbəliyə qoşsam, desəm ki, yox bunu birinci, bunu ikinci, bunu üçüncü görüm. Mənə elə gəlir o yerlərin xətrinə dəyərəm, özümü bağışlaya bilmərəm. Çünki bizim ora ilə bağlı 30 illik həm də bir mənəvi məsuliyyətimiz var ki, Allahın köməkliyilə biz bu məsuliyyətdən azad olarıq İNŞALLAH!.
- Ermənilər belə deyək də həmin ərazilərdən çıxarkən evləri, obkyektləri yandırırlar. Mən güman eləmirəm ki, orada nəsə qalsın. Onlar vandal kimi yandırıb, dağıdıb-töküb çıxıb getdilər. Bilmək istərdim ki, Ermənistanın Azərbaycana iqtisadi cəhətdən böyük ziyan vurubdur. Bu zərərəin aradan qaldırılması və bu zərərərin qarşılanması yolunda Azərbaycan nə kimi addım ata bilər?
- Əvvəla bildirim ki, ermənilərin işğal etdiyi ərazilərdə, konkret olaraq Kəlbəcərdə, Laçında törətdikləri yanğın hadisələri və digər terrorları biz dolğun şəkildə dünya ictimayyətinə çatdıra bildik. Onların təkcə indi yox, 1990-cı ildən üzü bu yana işğal nəticəsində bütün alınan ərazilər yandırılıbdır, dağıdılıbdır, heç bir quruculuq işləri aparılmayıbdır. Hazırına-nazir olublar və olanı da darmadağın ediblər. Bunun bir neçə səbəbləri var. Səbəbin birincisi Ermənistan dövlətinin siyasi mahiyyətindən doğur. Ermənistan dövləti dünyanın o dəvlətlərindəndir ki, bəlkə də belə bir dövlət heç yoxdur. Ermənistanda vandalizm və terror dövlət siyasətidir. Baxın 1905-1907-ci il, 1918-ci il, 1948-1956-cı il, 1988-ci il və ondan sonrakı baş verən hadisələr hamısı göstərir ki, Ermənistanda bu dövlət siyasətidir. Yəni dövlət siyasətin tərkibidir. Bu qədər qırğınları tək insan həyata keçirdə bilməz. Bunu bir tayfa da həyata keçirə bilməz. Bunun arxasında dövlət durur, dövlət bunu maliyyələşdirir, dövlət bunu silahlandırır və təbii ki, dövlət tərəfindən də tapşırıqlar verilir və bu tapşırıqlar da ermənilər tərəfindən çox həyasızcasına, ləyaqətsizcəsinə həyata keçirilib. Bu dövlətin siyasətidir. Ermənistan siyasətidir. Yəni bunu demək olmaz ki, Ermənistan rəhbərliyinin xəbəri yoxdur bu işlərdən. Bunları ermənilər edib. İkinci məqam mənəvi məqamdır. Ermənilər hazırına-nazir olublar, ermənilər o torpaqlarda, o evlərin tikintisinə, quraşdırılmasına, o meşələrin formalaşmasına, o infrastrukturun yaranmasına heç bir maliyyə xərcləməyiblər. Onu azərbaycanlılar ediblər. Yəni biz xatirimdədi Laçından, Şuşadan çıxanda evimizin qıfıllarını belə qapımıza bağlamadıq ki, erməni gələndə o qapıları qırmasın, evə rahat daxil olsun. Bizdə həmçinin ona görə elə etdik, evlərimizi yandırmadıq ki, bura bir gün qayıdacağıq. Bura bizim ata-baba torpağımızdır. O evlərin yaranmasında, formalaşmasında insanlar böyük zəhmət çəkiblər, vəsait toplayıblar, pul xərcləyiblər, çətinliklərdən çıxıblar. Eyni zamanda o evlərin böyük əksəriyyəti insanlara babalarından, atalarından, nəsillərdən qalmış miras kimi baxırlar və bizdə də mirası qorumaq məsələsi var. Onların bir mənəvi məsələsi var idi qarşıda. İnsanlar ona görə onları yandırmırdılar. Düzdür, təbii özgəsinindir və nə varsa yandırılmalıdır prinsipi ilə yaşamaq düzgün deyil. Amma biz nəzərə alsaq ki, burada bir erməni xisləti də var, ona görə ermənilərlə elə belə davranmalıdır, başqa cürə davranmalı deyil. Amma başqa bir üçüncü məqam ondan ibarətdir ki, ermənilər bilirdilər ora bir də qayıtmayacaqlar. Onlar bilir ki, Azərbaycan Ordusu möhtərəm cənab Prezidentimizin rəhbərliyilə onların başına elə bir yumruq vurub ki, hələ yaxın 30 ildə çətin ayılsınlar. Qayıtmayacaqlarına görə özlərinə qalmırsa, heç kimə qalmasın prinsipinə əsasən götürüb o torpaqları yandırırlar və çox təəssüflər olsun ki, bu günləri təkcə orda evlər yox, infrastrukturlar yox, eyni zamanda təbiətə böyük ziyan vururlar. Ekoloji ciyanətkarlıq törədilib. Sularımıza, torpaqlarımıza, meşələrimizə qarşı, eyni zamanda tarixi abidələrimizə qarşı onlar cinayət törədirlər. Bu istiqamətdə Cənab Prezident İlham Əliyevin tapşırığı var, komissiya işləyir. Və bunlar hamısı qiymətləndirilməlidir, qiymətləndiriləndə isə dünyada qiymətləndirilmənin metodologiyası var. O metodologiyadan istifadə olunacaq. O metodologiya ondan ibarətdir ki, birincisi – o ərazilər işğal olunan vaxtı dəymiş ziyan; ikincisi – o ərazilər işğal olunarkən insan faktrında yəni şəhidlərlə bağlı qiymət verilməsi, çünki burda insanların öldürülməsindən söhbət gedir; üçüncüsü – bu müharibə nəticəsində Azərbaycana dəymiş ziyan, hansı ki, əlillərlə bağlı, Azərbaycan dövlətinin büdcəsindən kifayət qədər bu əlillərin saxlanmasına, onların müalicəsinə, müavinətlərinə hər il kifayət qədər vəsait ayrılır; dördüncüsü - bu ərazilərdə olan təbii sərvətlərin daşınması, yəni Kəlbəcərdə, Zəngilanda qızıl yataqları, Ağdərədə daş kömür yataqları, Laçında mişar daşı yataqlarının kəsilib aparılması, meşələrin qırılıb aparılması və eyni zamanda bu 30 il müddətində Azərbaycan tərəfindən hesablanmalıdır ki, indiyə qədər o torpaqlar bizdə olsaydı nə qədər mənfəət əldə edəcəydik. Yəni bütün bunlar toplanmalıdır və toplanacaq inşallah ki, qiymətləndiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq. Təbii ki, beynəlxalq təşkilatlar və beynəlxalq hüquq biz tərəfdədir. Beynəlxalq hüququn imkan verdiyi beynəlxalq məhkəmələr biz bunu sübut edəndən sonra təbii ki, biz Ermənistandan təzminat istiyə bilərik və istəniləcək. Ermənistan da bunun hansı formada ödənilməsindən asılı olmayaraq ödənilməlidir. Yəni ola bilsin bunun əvəzinə torpaq verəcək, vəsait verəcək və bu Ermənistanın məsələsidir. Bir də beynəlxalq hüquqda oxşar hallar var. Məsələn biz 1941-1945-ci illərdə məğlub tərəfi dünya yevreylərinə qarşı ödədiyi vəsaiti bilirik. Biz Almaniya, Fransa 100 illik müharibəsindən sonra ödənilən təzminatı bilirik. Biz Yuqoslaviyada hadisələrdən sonra Bosniya-Hersoqovina ödənən təzminatları bilirik. Təbii ki, bütün bunlar bizdə beynəlxalq hüququn bir subyektiyik, o beynəlxalq hüququn tələb etdiyi sahələrdir. Mənə elə gəlir ki, biz buna da nail ola biləcəyik gələcəkdə.
- Müsahibənin sonunda ürək
sözlərinizi, toxunmaq istədiyiniz məsələlər varsa buyura bilərsiniz.
-
Mən təkrar-təkrar bütün Azərbaycan xalqını təbrik edirəm. Bütün
həmyerlilərimizi, laçınlıları təbrik edirəm. Bizim təşəkkürlərimiz Ali Baş
Komandan cənab İlham Əliyevədir. Bizim təşəkkürlərimiz Azərbaycan Ordusunadır, bizim təşəkkürlərimiz şəhid ailələrinə, o şəhidləri böyüdən
ata-analaradır. Bizim təşəkkürlərimiz xəstəxanada yatan qazilərimizədir. Allah
onların hamısına şəfa versin. Azərbaycanın gözü aydın olsun. Çünki 1992-ci ildə
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa olunur. İlk dəfə tarixdə biz Azərbaycanın ərazi bütövlüyü bərpa
olunur. Bu ərazi bütövlüyünün bərpası münasibətilə bütün azərbaycanlıları
təbrik edirəm.
- Laçının işğaldan azad
olunması ilə bağlı heç kimə muştuluq söz verməmisiniz ki?
-
Xeyr.
- Elə isə muştuluğum
sizdə!
Ədil Ədilzadə