-Hörmətli Cəbi müəllim. Azərbaycanımız çətin sınaqdan üzüağ, Qələbə ilə
çıxdı. Artıq işğal altında olan torpaqlarımız yoxdur. Cənab Prezidentin rəhbərliyi
altında daddığımız Qələbə sevincini necə yaşayırsınız?
-Ali Baş Komandanın rəhbərliyi ilə
müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Qalib bir xalqın
fərdi kimi hər bir azərbaycanlı hansı hisləri yaşayırsa, mən də o hisləri
yaşayıram. Tək kəlimə ilə ifadə etsək, qürurluyuq. Azərbaycan nəinki cəbhədə
eyni zamanda diplomatik arenada işğalçı ölkə üzərində inamlı qələbə qazandı. Cəbhədə
Ordumuz bütün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdi. Bütün bunlar onu
deməyə əsas verir ki, Azərbaycanda ordu quruculu sayəsində ciddi irəliləyişlər əldə
olunub. Həm maddi texniki bazanın yüksəldilməsi, həm müasir silahlardan istifadə
həm nizami ordu qələbəni şərtləndirən başlıca amildir. Diplomatik sahəyə gəlincə
həm ölkədə həm də xaricdə həyata keçirilən uğurlu təbliğat erməni yalanlarının
dünya birliyi tərəfindən qəbul olunmamasına gətirib çıxarıb. Tarix boyu dünyanın
gözünə kül üfürən ermənilər artıq bunu edə bilmir. Çünki onların qarşısında Azərbaycanın
uğurlu beynəxalq siyasəti dayanır.
- Müharibə çətin prosesdir. Burada ön və arxa cəbhə, eləcə də digər sahələrin
vəhdədi vacibdir. Sizcə Qələbə qazanmağımızda hansı amillər əsas rol oynadı?
-Mütləq ki. Birlik ən vacib
amildir. Azərbaycanda xalq-ordu-iqtidar birliyi müharibədə qalib gəlinməsində həlledici
idi. Bu illər ərzində həyata keçirilən təbliğat
nəticəsində Milli vətənpərvərlik hissi daha da yüksəlib. Hamımız milli məsələlərdə
eyni mövqedən çıxış edirik. Bizim yeganə amalımız var. Torpaqlarımız işğaldan
azad olunsun. Bu bizim suveren hüququmuzdur. Biz heç kimdən torpaq istəmirik,
heç kimdən nəsə ummuruq. Biz öz torlaqlarmızı istəyirik. Şükürlər olsun Cənab
Prezident İlham Əliyevin rəhbərliyi altında 30 ildən artıq ürəyimizdə yara
bağlayan bu istək artıq reallaşdı. Bugün Kəlbəcər rayonu düşmən tapdağından
azad olundu. Növbədə Laçın rayonudur. Buna da əmin ola bilərsiniz ki, ermənilərin
viran qoyduğu bu yerdər cənnətə çevriləcək.
-Erməni terrorçuları münaqişə zamanı dinc əhali, günahsız körpələr və
bir yaşayış məskənlərini atəşə tuturdu. Bununla bağlı cinayət işi də
başlanılıb. Maraqlıdır hazırkı məqamdan sonra biz hansı addımlar atmalıyıq ki,
düşmən bizdən savayı beynəlxalq təşkilatlardan da öz layiqli cavabını alsın?
-Çox təəssüf ki, şəhərlərimiz atəşə tutuldu,
bombalandı. Bu kimi addımlar aciz düşmənin aciz çırpınışları idi. Mülki əhalimizə
qarşı törədilən bu cinayətlər aidiyyatı qurumlarımız tərəfindən araşdırılır və
gərəkən tədbirlər görülür. Əminliklə deyə bilərəm ki, müvafiq beynəlxalq
qurumlara bu cinayətlər çatdırılacaqdır. Cinayətkar əməllərinə görə düşmən beynəlxalq
hüquq qarşısında da cavab verəcəkdir.
-"Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən ümumilli liderin sözləri
artıq reallaşır. Siz bu günəşin yer üzündə qazandığı nəaliyyətləri necə dəyərləndirirsiniz?
-Bəli, bu reallaşır. Ümummilli liderin əsasını
qoyduğu, hal-hazırda isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli
şəkildə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan artıq böyük dövlətlər tərəfindən
diqqətə alınması gərəkən ölkədir. Bugünə qədər həm daxili, həm də xarici siyasətdə
qazandığmız nailiyyətlər bundan sonra qazanacaqlarımızın təminatçısıdır. Cənab
Prezidentin dediyi kimi bugün ümumilli liderin ruhu sevinir. Onun ruhu şaddır.
Çünki onun canı qədər sevdiyi Azərbaycan öz ərazi bütövlüyünə qovuşur. Bu işi
isə onun layiqli davamçısı İlham Əliyev həyata keçirir.
- Cənab Prezident İlham Əliyev xalqa müraciətində Naxçıvan igidlərinin
qəhrəmanlığından xüsusi söz açdı. Bu yöndə sizin fikirləriniz maraqlıdır.
-Hər bir azərbaycanlı kimi
naxçıvanlılar da ərazi bütövlüyümüz uğrunda aparılan müharibədə igidliklər göstərmiş,
şəhidlər vermişdir. Vətənimizin ayrılmaz hissəsi olan Naxçıvan və naxçıvanlılar
torpaqlarımızı düşməndən müdafiə etməyə hər zaman hazırdır.
Ədil Ədilzadə