Milli Məclisin deputatı Müşfiq Məmmədli SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Fransa Senatının qərəzli qətnaməsi, əldə olunan Qələbədən və koronavirusun artım tempindən danışıb.
-Müşfiq müəllim. Fransa Senatının məlum qərəzli qətnaməsi
və bu qətnaməyə verilən adekvat cavablar barəsində nə deyə bilərsiniz?
- Fransa Senatının Rəyasətində qəbul edilən "Dağlıq
Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsi
istər beynəlxalq hüquq, istərsə də insanı, haqq-ədalət baxımından qiymətləndirilsə qətnamə Azərbaycana və azərbaycan xalqına
qarşı haqsızlıqdır. Bu 30 ildə Azərbaycan xalqının çəkdiyi məşəqqətlər, öz
doğma yurd-yuvasından didərgin salınmış insanların ağır durumu, onların maddi-mənəvi
ağır vəziyyətləri heç bir xüsusən də beynəlxalq hüquqa hörmət edən dövlət nümayəndələrinin
demək olar ki, görməzdən gəldiyi, buna sanki belə də olmalıymış kimi durumla
qarşı-qarşıya idik. Hər zaman bəyanatlar, yersiz səfərlər və münaqişəni nizama
salınması yönündə yeni-yeni təkliflər artıq bizim səbr kasamızı
doldurmuşdu. Azərbaycan tərəfi buna hər
zaman etiraz səsini ucaldırdı. Özlərini demokratik adlandıran və ən əsası həmsədr
ölkələr bu yöndə heç bir addım atmırdı. Vəziyyət elə həddə gəlib çatdı ki, erməni
terroruna dur demək üçün Müzəffər Azərbaycan Ordusu öz öhdəsinə düşən işi şərəflə
və QƏLƏBƏ ilə tamamladı. Cəbhədə məğlubiyyətlə barışmayan ermənilər diplomatik
sahədə də ciddi yenilgiyə məruz qaldılar. Onlar bununla da barışmaq istəmirlər.
İndi onla havadrlarına arxayındırlar. Çox təəssüf ki, ermənilərin havadarı
qismində bu gün çıxış edən ölkə Fransadır. Bildiyimiz kimi Fransa həmsədr ölkədir.
Həmsədr ölkələrin tərəfsiz olması vacib şərtdir. Ancaq Fransa nəinki tərəfsiz qalır, eyni
zamanda bugün münaqişənin nizama salınması yönündə atılan addımlara kölgə
salmağa çalışır. Bütün bunların sonunda onu demək olar ki, qətnamə Azərbaycan və
Fransa arasında olan münasibətlərə kölgə salır və bizi adekvat addımlat atmağa
məcbur edir. Milli Məclisdə qəbul edilən etiraz bəyanatı yerində atılmış
addımdır. Bundan sonra isə bizim müvafiq strukturlarımız lazımı addımlar
atacaqdır.
-Makron Azərbaycana qarşı niyə belə bir mövqe sərgiləyir?
-Son 100
illik tarixə nəzər yetirsək Fransa dövləti daim erməni faktorundan istifadə etmə
tendensiyası içində olub. Fransa Türkiyəyə müəyyən zərbələrin vurulmasında, hansısa
bir ölkədə maraqlarına təhlükə yarandıqda erməni faktorundan istifadə önəmli
rol oynayır. Son hadisələrlə əlaqədar olaraq Makronun dünya siyasətində atdığı
addımlarda istədiyi nəticəsi əldə etməməsi erməni foktorunun qabardılmasına gətirib
çıxarmışdır. Bütün bunlar Fransa kimi bir dövlətə yaraşmır. Fransa beynəlxalq
hüquqi riayyət etməlidir. Çünki, o həmsədr dövlətdir və həmsədrliyə görə müəyyən
öhdəliyi var. Mən bu məsələyə ümumən Qardaş Türkiyəmizin Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğanın dediyi kimi "Fransa Azərbaycanın probleminə Fransız qalmışdır”
ifadəsi ilə cavab vermək istəyərdim.
-Bir millət vəkili kimi 44 günlük QƏLƏBƏ gündəliyini
necə dəyərləndirərdiniz?
-Həqiqətən
də bütün Azərbaycan xalqı kimi həyatımın ən qürurlu günlərini yaşayıram. Cənab
Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz bu QƏLƏBƏni zamanmaqla
Azərbaycanın təkcə bu əsrdə yox son 200 ildə məğlubiyyətlərlə müşaidə olunmuş
tariximizin o səhifələri qapatdıq. Biz artıq müstəqil, qalib bir dövlətinqalib
vətəndaşlarıyıq. Son hadisələrdə mənə qürur verən hadisə ondan ibarətdir ki,
qalib orduda xidmət etmiş zabitin qardaşıyam. Mənim qardaşım münaqişə başlayan
ilk gündən hərbi əməliyyatlarda Füzuli, Hadrut o cümlədən də Cəbrayıl istiqamətində
gedən döyüşlərdə iştirak etmişdir. Mən bu məsələni qabartmaqla onu demək istəyirəm
ki, bizim hər birimiz tutduğumuz mövqedən, vəzifədən asılı olmayaraq xalqımızın azadlıq, Vətən Müharibəsində nəyi
bacarırıqsa onu edirik. Çox şükürlər olsun ki, hər birimizin ən əsası bu işdə ən
çox əziyyət çəkən Cənab Ali Baş Komandanın atdığı addımlar uğurla nəticələndi.
Ərazi bütövlüyümüzü, xalqımızın yaşadığı o əziklik, məğlub durumunu aradan
qaldırdıq və hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşdik. Mən xalqımıza,
Ali Baş Komandana, qalib əsgərlərimizə öz xoş arzularımı bildirirəm və sevinc
hissi keçirirəm.
-Siz özünüzdə eyni zamanda səhiyyə sahəsində
çalışırsınız. Bir millət vəkili kimi səhiyyə və arxa cəbhədə nə kimi işlər
görmüsünüz?
-Mən
Milli Məclisin Səhiyyə, Təhsil Komitəsinin
üzvüyəm. Həm Səhiyyə Komitəsinin üzvü həm də bir tibb içşisi kimi öhdəmə nə iş
düşürsə layiqincə bu işləri yerinə yetirirəm. Bildiyiniz kimi cəbhə ilə yanaşı
arxa cəbhədə Azərbaycan koronavirus cəbhəsində də mübarizə aparırdı. Bu gözə
görünməz bir düşməndir. Bu xəstəliyin yayılma tendensiyasının artması həyəcan təbili
çalmağa vadar edir. Mən də həm millət vəkili
kimi, həm də bir tibb işçisi kimi təbliğat-təşviqat, əhalinin maarifləndirilməsi
istiqamətində davamlı işlər görürəm. Səhiyyə sahəsində çalışdığımı müəssisə
koronavirusla mübarizə aparan səhiyyə qurumu kimi iştirak etdik. İkinci mərhələdə
körpə övladlarımızın sağlamlığının qorunması istiqamətində öz fəaliyyətimizi əsirgəmirik.
Bilirsiniz ki, tibb işçilərinin fəaliyyəti 24 saatlıq müddəti əhatə edir. Bu
yöndə Sumqayıtda olan həkimlərimizi xüsusi qabartmaq sitəyirəm. Onlar
koronavirusun birinci mərhələdə lokallaşdırılmasında böyük rol oynadılar.
Hazırda da artım tempi yüksək olduğu üçün bu həkimlər çox gərgin şəkildə fəaliyyət
göstərirlər. Xızı Mərkəzi Rayon Xəstəxanasında
nəyə gücümüz çatırsa öz öhdəmizə düşən işləri həyata keçiririk.
-Koronavirusla bağlı indən sonrakı atacağımız
addımlar nədən ibarət olmalıdır?
-Koronavirisla bağlı hökumət öhdəsinə düşən vəzifəni
görüb. Aidiyyatı qurumlar da bu istiqamətdə fəaliyyətini davam etdirirlər.
Burada əsas məsələ vətəndaş məsuliyyətidir. Vətəndaşlar işlədikləri yerdə,
yaşadıqları ərazilərdə və harda olmasından asılı olmayaraq müəyyən olunmuş
qaydalara riayyət etməlidirlər. Bildiyiniz kimi presisin ilk günlərində cənab
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu yöndə Fond yaradıldı. Kifayət
qədər vəsait toplanıldı. Əlavə modul tipli xəstəxanalar tikildi. Eyni zamanda
prosesə xaricdən həkimlər cəlb olundu. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın da bu sahədə ciddi fəaliyyəti var. Bir başa Mehriban xanım xaricdən
avadanlıqların gətirilməsi və həkim personalının maddi texniki bazasının daha
da yüksəldilməsi istiqamətində gördüyü işlər karonavirusla mübarizədə müsbət nəticələrin əldə olmasını şərtləndirib.
-Artım tendensiyasının qarşısını almaq üçün nə kimi işlər görülməlidir?
-Bütün
dünyanı cənginə alan koronavirusla mübarizədə indiki məqamda atılacaq ən mühüm
addım Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qərarlara uyğun addımların
atılmasıdır. Bu nədir? Qoruyucu maskalardan istifadə, əllərin dizinfeksiyası,
mümkün olduğu qədər evdən çölə çıxmama, sosial məsafə. Bu amillərə ciddi riayyət
olunmalıdır. Hal-hazırda yoluxmaların qarşısını təmamən almaq mümkün deyil.
Bizim məqsədimiz odur ki, artım tendensiyasını aşağı salmaqdır. Bu istiqamətdə
bütün mümkün tədbirlər də görülür.
Ədil Ədilzadə