Milli Məclisin deputatı Səbinə
Xasayeva SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Qələbə sevincindən
danışıb.
-Səbinə xanım. 44 günlük
şanlı tarix barəsində nə deyə bilərsiniz?
-Müzəffər Azərbaycan Prezidenti, Qalib Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin komandanlığı və rəhbərliyi altında şanlı ordumuz tərəfindən Azərbaycanın tarixi şəhəri və
mədəni paytaxtı, Qarabağın tacı olan əzəli torpağımız qədim
Şuşanın işğaldan azad edilməsinin ardınca böyük qələbənin qazanılması Azərbaycan
xalqının tarixində yeni bir əbədi tarix yazdı. Bu tarixi Zəfər İkinci
Dünya Müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və
ədalətli qələbədir. Bu qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba
yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. və 1 milyona
yaxın Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.
Bu böyük tarixi qələbə münasibətilə Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla
bütün xalqımızı təbrik edirəm. Prezidentimizin bu tarixi qələbənin
qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər
birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan ordusunun qəhrəman əsgər,
çavuş, gizir, zabit və generallarının yüksək peşəkarlığa, qibtə olunacaq Vətən
sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdi.
Digər tərəfdən isə əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və
taktikasının əsası hesab edən mənfur Ermənistanın, onun qaniçən,ikiüzlü,
utanmaz Baş naziri Nikol Paşinyanın və erməni xalqının iç üzünü açıb
bütün dünyaya göstərdi.
-Beynəlxalq ictimayyətin
Ermnistanana qarşı hər hansı addm atacağını gözləmək olarmı?
-Biz 30 ildir dözürdük.
Ancaq cənab Prezidentin dediyi kimi Azərbaycan xalqının səbr kasası dolub
daşırdı. Beynəlxalq ictimayyət bu 44 gündə erməniərin əsl simasını bir daha
görmüş oldu. Onların mülki insanları hədəf alması, günahsız uşaqları qətlə
yetirməsi təbii ki, gec-tez beynəlxalq hüquq tərəfindən öz layiqli cavabını
alacaq. Artıq gec olsa da beynəlxalq
ictimaiyyət anladı və başa düşdü ki, Azərbaycan xalqı haqq işi uğrunda apardığı
mübarizədə tam haqlıdır. Eyni zamanda, bu qələbədən sonra Birləşmiş Millətlər Təşkilatının,
ATƏT-in və bir sıra nüfuzlu beynəlxalq təşkilatların haqqın, ədalətin
qorunmasında və bərpasında qeyri-fəal və bitərəf qaldığını, bir çox hallarda isə
haqqı nahaqqa verdiklərini tam sübut etdi. Həmçinin regional problemlərin
həllində qonşu ölkələrin oynadığı mühüm rolu önə çəkdi. Dünyada artmaqda olan
böhranların və regional toqquşmaların müsbət həll edilməsində Türkiyə-Rusiya
münasibətlərinin əvəzolunmaz rolunu və dəyişməz mövqeyini əsaslı şəkildə təsdiq
etdi.
Üçrəngli bayrağımızın 44
gün ərzində bütün işğal altında olan ərazilərimizdə dalğalanması Ali Baş
Komandanımız İlham Əliyev cənablarının yüksək və məğlubedilməz sərkərdəlik
qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin,
monolit birliyinin və vəhdətinin çox parlaq və sönməz bir nümunəsidir. Heç şübhəsiz
bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən
xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və
heç vaxt unudulmayacaqdır.
-Artıq işğadan azad olunan ərazilərdə
yenidənqurma, abadlıq işləri həyata keçirilir...
Bəli. Ötən gün Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. Cənab Prezident və birinci vitse-prezident Mehriban xanım Əliyeva bu tədbirdə iştirak etdi. Çox qürurlu bir hadisənin şahidi olduq. Bu işğadan azad olunan ərazilərimizdə həyata keçirilən ilk layihədir. Təbii ki, zaman keçdikcə həmin ərazilərimizdə daha geniş miqyaslı layihələr həyata keçirəcəyik. Şuşamız, Zəngilanımız, Qubadlımız, Laçınımız, Kəlbəcər və digər işğaldan azad olunan rayonlarımız cənnətə çevriəcək. Mən bir məsələyə xüsusi toxunmaq istəyirəm.ki, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının öz ərazi bütovlüyünü bərpa etməklə siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və yüksəltməyə imkan verəcəkdir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda mədəniyyət mərkəzi olmasını tez bir zamanda sübut edəcək. Eyni zamanda, bu rayonlar zəngin və tükənməz təbii ehtiyatları ilə beynəlxalq ticarət və turizm mərkəzinə çevriləcəkdir. Bu böyük tarixi Zəfər günü münasibəti ilə dövlətimizin Qalib sərkərdəsi və Prezidenti İlham Əliyev cənablarını, müzəffər və şanlı ordumuzu, bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi. İnanıram ki Azərbaycan xalqının birliyi nəticəsində işğaldan azad olunan bütün rayonlarımız müzəffər Prezidentimizin rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən qurulacaq, bütün insanlar isə öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da inkişaf etməsinə və çiçəklənməsinə öz layiqli töhfələrini verəcəklər.
-Möhtərəm Prezidentimiz , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları Vətən müharibəsinin davam etdiyi günlərdə dünyanın aparıcı mətbuat orqanlarına, TV kanallarına verdiyi bütün müsahibələrində və xalqımıza müraciətlərində Tarixi Qələbənin qazanılmasında Azərbaycan əsgər və zabitlərinin Vətən uğrunda göstərdikləri qəhrəmənlıqları minnətdarlıq hissi ilə xatırlatmış, torpaqlarımızın azad edilməsində önların sücaətlərini çox yüksək qiymətləndirmışdir. O qeyd etmişdir ki Vətən Müharibəsi şəhidlərinin ailələrinə həmişə böyük diqqət və qayğı ğöstərilməsi hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olmalıdır. Eyni zamanda, Müharıbə iştirakçilarının məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması, təhsil alması və işə düzəlmələri üçün onlara dövlətimiz tərəfindən bütün şərait yaradılacaqdır. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının Mərkəzi Tibbi Klinikada müalicə olunan hərbi qulluqçularımızla görüşündə qeyd etdiyi kimi bu qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edib tez bir zamanda sağalması və dinc həyata qayıtması üçün bütün imkanlardan istifadə edəcəkdir. Mən də bütün şəhidlərimizə Qadir Allahdan rəhmət, bütün ailə üzvlərinə və yaxınlarına isə səbr diləyirəm. Onların Vətən sevgisi və gəstərdikləri Qəhrəmanlıqları qarşısında baş əyirəm. Müzəffər Azərbaycan Ordusunun bütün şəxsi heyətinə isə möhkəm cansağlığı və Vətənin keşiyində həmişə ayıq-sayıq olmağı arzulayıram.
Ədil Ədilzadə