Ötən gecə səsən güclü külək paytaxtın bir sıra yerlərində fəsadlar törədib.
Sabahinfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, küləyin ziyan törətdiyi yerlərdən biri də Bakının "Gəncə" prospekti, mənzil 81 ünvanında olub.
Güclü külək gecə saatlarında bu ərazidə yaşayan sakinlərin avtomobillərinə xeyli ziyan vurub. Küləyin sürəti o qədər güclü olub ki, binanın həyətindəki divarların üzlük daşlarını qoparıb. Daşların dağılması nəticəsində bir neçə avtomobilə zərər dəyib.