"Hər birimiz inanırıq ki, mərhələli şəkildə bütün problemlərin həllinə nail olacağıq"-MÜSAHİBƏ

Millət vəkili Vüqar İsgəndərov SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik.  

-Vüqar müəllim, məlum olduğu kimi ötən həftə Hökümət Milli Məclisdə hesabat verdi. Hesabatla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

--15 mart 2022-ci il tarixdə Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənilib və müzakirəyə çıxarıldı. Nazirlər Kabinetinin gördüyü işlər barəsində Baş nazir Əli Əsədov deputatlar qarşısında hesabat məruzəsi ilə çıxış etdi. Mən düşünürəm ki, hesabat çox məzmunlu idi. Cənab Əli Əsədov bütün vacib məsələlərə toxundu. Otuzadan çox deputat hesabtla bağlı öz fikirlərini bildirdilər və ümumilikdə 2021-ci ilin yekunları müsbət qiymətləndirildilər. Təbi ki, bəzi məqamlarla narazı olanalr da oldu. Amma buna rəğmən hesabat səs çoxluğu ilə qəbul edildi.
Hesabatın özəlliyi ondan ibarət idi ki, ötən dövr ərzində biz bütün dünyanın mübarizə apardığı COVİD-19 pandemiyasından uğurla çıxmağımız real faktlarla orada öz əksini tapıb. İqtisadi çətinliklərə, insanlarımızın psixoloji gərginliyinə baxmayaraq,cənab Prezidentin uğurlu addımları nəticəsində pandemiya ilə çox uğurlu mübarizə aparıldı. Tətbiq olunan sosial paketlərin uğurlu icrası əhalinin maddi durumunun yaxşılaşmasına müsbət təsir göstərdi. Eyni zamanda 2021-ci il erməni vandalları tərəfindən dağıdılmış Qarabağda qurculuq ili kimi yadda qaldı. Hava limanlarının tikinitisi, yeni yolların çəkilməsi, infrastruktur layihələrinin icrası ötən ilinin uğurlarından hesab edilir.
Hökumətin hesabatının müzakirəsi zamanı mövcud problemlərin həlli yolları, regionlarda işsizliyin aradan qaldırılması,təmir-bərpa, su-kanalizasiya sistemlərinin yenilənməsi və s. məsələlər hökumtənin diqqətinə çatdırılıb. Hər birimiz inanırıq ki, mərhələli şəkildə bütün problemlərin həllinə nail olacağıq.
--Dünyada cərəyan edən proseslərin yüksələn xətlə inkişaf etdiyi bir vaxtda Azərbaycanla Rusiya arasında müttəfiqlik sənəd imzalandı. Bununla bağlı nə deyə bilərsiz?
- Rusiya dünyadakı geniş imkanlara və gücə malik dövlətlərdən biridir vı Azərbaycana qonşu dövlətdir. Tarixən Rusiyanın Qafqazda kəsişən və kəsişməyən maraqları olub. Bu gün Azərbaycan Rusiya ilə strateji əlaqələr, dostluq münasibətləri qurur və ölkələrimiz arasında stabil siyasi münasibətlər var. Müharibəyə qədər hər kəsi düşünüdür bir sual vardı.Müharibə olarsa, Rusiyanın mövqeyi necə olacaq.Amma müharibə dövründə Rusiyanın mövqeyini gördük. Məlum oldu ki, Rusiya da həqiqəti bilir və mövqeyini dəqiqləşdirdi. Həqiqətən də biz Rusiya ilə iqtisadi-ticari sahədə həm siyasi məsələlərdə Rusiya ilə uzlaşma nöqtəsinə gəldik. Rusiyanın orada çox şaxəli məsələləri var. Azərbaycan da, Rusiya da gələcəkdə iqtisadi siyasi sahədə böyük uğurlar qazana bilər və burada Türkiyə də unudulmamalıdır. Çünki bu gün Türkiyə Rusiya Azərbaycan arasında yaxşı əlaqələr var. Bu əlaqələrin həmişə zirvədə olması Azərbaycanın marağındadır. Qətiyyətlə bu münasibətləi dəstəkləyirik və çətin vaxtda olanda Azərbaycan Rusiya, Azərbaycan Türkiyə, Azərbaycan İran münasibətlərində yüksək səviyyədədir. Bu bölgədə əsas söz sahibi olan ölkələr də var və düşünürəm ki, çox düzgün düşünülmüş ağıllı siyasətdir və yenə deyirəm, bu Azərbaycan prezidentinin uzaqgörənliyidir. Əslində bu layihədir və bu gələcəyə hesablanıb. Müqavilənin hər bir bəndinə baxsaq görərik ki, hər biri Azərbaycanın maraqlarına uyğundur.Bu müqavilədə hər iki dövlətin maraqları qorunu. Bu çox mühüm məsələdir və bu Azərbaycanın diplomatık arenada ən böyük uğuru sayıla bilər.
--Bəs,İranla imzalanan memarandum Azərbaycana nə vəd edir?
- İran bizim yaxın qonşumuzdur. Orada bizim dilimizdə danışan 40 milyona yaxın azərbaycanlı yaşayır. Həm də İranla bizi tarixən dostluq,qonşuluq münasibəti birləşdirir. Azərbaycanala İran arasınada münasibətləri ümumi götürdükdə normal olub həmişə və necə ki bu gün Azərbaycan geosiyasi reallığı yaradıb. Bu gün Azərbaycan Cənubi Qafqazda lider ölkədir. Hətta Azərbaycan Avropa qitəsi üçün o qədər önəmli yerə çıxıb ki, çox ağıllı düşünülmüş, məntiqli siyasət nəticəsində Azərbaycan, Türkiyə və Rusiya, arasındakı əlaqələr Ermənistanı da düz yola gətirəcək. Çünki biz sülh əlimizi uzatmışıq, gəlsinlər, normal münasibətlər qurusunlar, yaşasınlar, bölgəmizə inkişaf gəlsin. Bu mənada İranın böyük rolu var.İran böyük ölkədir yaxın ölkədir, qonşudur və bizim iranla kifayət qədər uzun sərhədimiz var və bizim bu ölkə ilə sabitliyimizə maraqlıyıq. Hər bir ölkə istiyər ki,sərhədyanı ölkələr arasında sabitlik olsun.Sabitlik inkişaf üzərindədir.Stabillik olmasa , heç bir normal əlaqədən söhbət gedə bilməz.Azərbaycanın Türkiyə ilə bağladığı müqavilə-Şuşa bəyəmnaməsi çox önəmli bir tarixi sənəddir. Türkiyə ilə Azərbaycan arasında olan münasibət dünyada analoqu olmayan dostluq, qardaşlıq münasibətidir.
Rusiyada böyük qüdrətli ölkədir.Bizim belə böyük dövlətlərlə dostluq münasibətində olmağımız çox vacibdir.Azərbaycan o qədər strateji bölgədə yerləşir ki, dünyanın Azərbaycana marağı artır. Azərbaycan yeni düzəndə mövqeyi olan ölkədir və Qoşulmama hərəkatının sədridir. Artıq Azərbaycan mahiyyətdə böyük ölkədir. Ona görə İranin da marağı vardır ki, bu münasibətlər qurulsun. Zəngəzur dəhlizinin alternativ olan İran ərazisindən keçən Araz çayının üzərindən körpülər, dəmir yolu, həm də quru yolu razılaşma ilə salınacaq. Artıq bəzi məsələlər razılaşdırılıb. Azərbaycan hansı xərci çəkəcək , İran hansı xərci çəkəcək. Arxasında növbəti işlər də iki ölkə arasında danışılıb razılaşdırılıb. Əsas bunun siyasi marağı çox böyükdür. Birincisi, bu yaranmış geosiyasi üstünlükdə İranda geri qalmaq istəmir bu təbiidir.Görünüən odur ki, kim bu layihədən kənarda qalacaqsa, uduzacaq.
Bu işıqlı bir yola çixan qatardır ki,kim istəsə o qatarın içində olsun kim istəsə baxa-baxa qalacaq. İran neytral mövqeydədir. Biz böyük qələbə qazandıq və bizim maraqlarımız İranın maraqları ilə üst-üstə düşdü və biz artıq Araz çayı üzərindəyik biz artıq yeni bir yol çekirik və Azərbaycanı Naxçıvanla birləşdirən İran da bu yolla Türkiyəyə və Avropaya yeni bir yolla çıxır. İran üçün də vacibdir Azərbayca üçün də çox vacib məsələdir və burada cənab prezidentin nə qədər artıq düşünülmüş siyasətidir. Həm Azərbaycan Naxçıvanı birləşdirir Zəngəzur açılacaq inşallah və iki böyük yolumuz olur və biz bu yola çıxırıq Avropaya,Türkiyəyə Türkiyə ərazisi ilə də Avrasiyaya çıxır və əlbətdə qlobal bir proyektdir. İranla bağlanan bu müqavilə gələcəkdə milyardlar deməkdir və buradan keçən hər bir maşının keçməsi böyük bir dirçəlişdir. İnkişafdır və hardan stabilin İrandan bu gün xarici şirkətlərin gəlməsi Azərbaycanın sabitliyinə güvənirlər. Azərbaycanın gələcəyini görürlər heç bir dövlət heç bir böyük şirkət qeyri-stabil olan risk altında olan ölkəyə invertasiya qoymaq istəmir. Azərbaycan bu güvəni qazanıb və ona görə də İranla bağlanan bu müqavilədə iki ölkənin daha da bir-birini yaxınlaşdıran həm də biz digər region ölkələrin çoxunda Avrasiya və Avrova üçün də yeni yolun açılması dəhlizin olması biz ilə bərabər digər qonşu dövlətlər üçün də çox uğur gətirən proyekt olacaq.
-Hökümətin həyata keçirdiyi siyasətdə sosial sahənin inkişafı üçün və bu sahədə mövcud problemlərin aradan qaldırılması yönəlik addımlar atılır. Maraqlısı budur ki, problemlərin bir qismi hələ də qalmaqdadır. Sizcə daha nə kimi addımların atılması zərurudir?
- Cənab prezidentin 2018-ci ildə Azərbaycanda böyük islahatlar paketi təqdim edilir və bu islahatlar paketində elə bir sahə olmasın ki o sahəni əhatə etməsin. İnsanlar istəyir ki, bu islahatlar tez həllini tapsın amma anlamalıyıq ki, dövlətin qarşısında duran elə məsələlər var ki hər biri mərhələli şəkildə öz həllini tapacaq. Dünyanın istənilən yerində sosial problemlər var. Həmçinin Azərbaycanda da problemlər səbəbi yerində olmayan kadrların olmasıdır. Hər bir kadr vəzifəyə gələndə prezident tərəfindən verilən ilk tapşırıq xalqın yanında olmaq, onların problemlərini həll etmək tapşırılıb. İkinci məsələ isə zaman məsələsidir.Ölkə rəhbərinin siyasi iradəsi bir çox işlər görür karrupsiyanın qarşısını alınması yönündə görülən işlər bir çox məmurlar var ki qarşılarına qoyulan vəzifələri işləri görmürlər. Əsas burada dövlətin iradəsidir.Dövlətin iradəsi var.Cənab prezidentin bu məsələdə əsas mövqe tutub insanların problemləri öz həllini tapmalıdır və bu geniş kombinasiyadır və zamana hesablanmış işlərdir.Yenə də arzulayırıq ki,həllini tez tapsın amma bu tez zamanda həll olunası işlər deyil. Əsas odur ki,bu işlərin həll olunması yönündə işlər görülür. İnanıram ki, qarşıda duran yeni çağırışlar var və bugün Azərbaycanın qarşısında duran məsələlərdir ki, dayanaqlı davamlı iqtisadiyyat həll olunsun. Risk məsələləri göz önündə olsun həmişə hökümət bu risklərə tez adekval cavab verəcək gözlənilən təhlükələrin qarşısını tez alımsın və bugün üçün kifayət qədər işlər görülür.Əsas məsələ qalır zaman və təkrar edirəm məmur faktlarıda var.Dövlət orqanlarında işləyən vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlardan təmizlənməlidir. Və bunlar üçün vaxt lazımdır. Və bundan sonra artiq bizim qarşımızda böyük problemlər yox insanları əhatə edən xırda problemlər ola bilər bu da hər birinin həllini tapa bilməlidir. Burada əsas məsələ dövlətin siyasi iradəsidir. O da var və sözün əsil mənasında xalqa vicdanla xidmət etməsidir.
-Vüqar müəllim, seçicilərinizlə əlaqələriniz necədir və hansı istiqamətdə işlər görürsünüz?
- Seçicilərimizlə tez-tez görüşürəm. Onları dinləyirik bir həftə sonra da seçicilərimlə görüşəcəyəm. Onların problemlərini həlli yollunda çalışırıq. Şəhərimizdı bir çovx problemlər vardır ki. Biz onları parlamentdə də işıqlandırdıq və o problemlər öz həllini tapmaqdadır.İnsanları marifləndirən bir çox məsələlərlə bağlı seçicim olmayan insanların problemlərinin həlli ilə də bağlı çalışıram hər bir insanımızın yanında olmağa çılışırıq gücümüz çatan qədər bizim də bir fəaliyyət çərçivəmiz var və həmin çərçivədə insanlarımızla ehdiyaclarını ödəməyə çalışırıq.Hər zaman insanlarımızın secicilərimiz arasında oluruq. O şəhər o kənd olmasın ki orda olmayaq. Problemləri işıqlandırmayaq və bu davam edir davaı olacaq. Buna mən bir insan kimi özümü buna börclu sayıram. Həm də bir deputat kimi insanların böyük etimadı var. Mən çalışmışam ki,mənə səs verən insanlar heç vaxt təəssüf hissi keçirməsinlər. Düşünməsinlər ki, mən niyə bu insana səs verdim. Əsas budur ki, mən vcdanla işləməyi qarşıya məqsəd qoymuşam.Əgər mənə etimad göstəriblərsə, mən də çalışmalıyam ki, o etimadı, o güvəni doğruldam.

Leyla Allahverdiyeva