Külli miqdarda pul oğurlayan şəxs Rusiyaya qaçarkən tutulub

Kafedən külli miqdarda pul oğurlamış Mingəçevir şəhər sakini Rusiyaya qaçarkən tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 25-də Yasamal rayonu ərazisində yerləşən "Yanar dağ” kafesində, oranın sahibi Natiq Məmmədzadənin otağından 12000 manat oğurlanıb. DİN-in Növbətçi Hissələri İdarəertmə Xidməti və Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov Qusar sərhəd-keçid məntəqəsindən keçərkən tutulub.