Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

Bakı metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

 

***

"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

***

08:41

Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır", - məlumatda bildirilib və əlavə edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.

Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.