Moskvada əslən azərbaycanlı olan məşhur reper Navainin (Nəvai Bəkirov) idarə etdiyi "Ferrari 488 Pista" markalı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, "RİA Novosti" qəzanın baş verdiyi ilk anların kadrlarını dərc edib.
[[MEDIA_0]]
Məlumata görə, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və şəhər infrastrukturuna ziyan vurulması səbəbilə reper barəsində məhkəməyə müraciət hazırlanır. Məhkəmə çərçivəsində dəymiş ziyanın ödənilməsi və sürücünün sürücülük hüququndan məhrum edilməsi məsələsinə baxılacağı bildirilir.
22:00
Tanınmış reper Navai (Nəvai Bəkirov) Moskvada özünə məxsus "Ferrari" markalı avtomobili ilə qəza keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ostorojno, Moskva" "Telegram" kanalı məlumat yayıb.
[[MEDIA_1]]
Hadisə mayın 5-də, Bakı vaxtı ilə saat 20 radələrində "Park Kulturı" metrosu yaxınlığında baş verib. İddialara görə, reper qəzadan sonra diqqəti cəlb etməmək üçün geyimini dəyişib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar, qəzanın səbəbləri araşdırılır.

Navai baş vermiş yol-nəqliyyat hadisəsinin səbəbinə aydınlıq gətirib. O bildirib ki, qəzaya səbəb yarış təkərlərinin (slik) istismar müddətinin bitməsi və yararsız vəziyyətdə olmasıdır. Avtomobildə dövlət nömrə nişanının olmamasına gəlincə, reper maşını yeni aldığını qeyd edib.
"Maşına heyfim gəlmir, əsas odur ki, hamı sağ-salamatdır", - deyə Navai vurğulayıb.
Qeyd edək ki, Samara şəhərində anadan olan Nəvai Bəkirov əslən azərbaycanlıdır.