“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı

Bu gün Misli Premyer Liqasının 6-cı tura start verilir.

Sabahinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Liderlər qrupunda olan “Neftçi” “Qəbələ” ilə qarşılaşacaq. Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçıdır. Digər görüşdə isə “Qarabağ”  “Şəfa”nı qəbul edəcək.

18 sentyabr

17:30. “Qəbələ” - “Neftçi”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov Tural Qurbanov 

Qəbələ şəhər stadionu

19:45. “Qarabağ” - “Şəfa”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov, Kamranbəy Rəhimov

Tofiq Bəhramov adına Respublika Stadionu