Oğullar əsgər gedir... 

*Oğullar əsgər gedir...* 

Hərbi xidmət gənclər üçün fiziki, mənəvi və psixoloji cəhətdən formalaşmağa kömək edən və cəmiyyətdə ənənəvi olaraq "kişilik məktəbi" adlandırılan həyat mərhələsidir. Hərbi xidmət gənclərə gündəlik həyatı planlaşdırmağı, qaydalara riayət etməyi və məsuliyyət daşımağı öyrədir. Daimi məşqlər və fiziki aktivlik vasitəsilə bədəni gücləndirir, çətinliklərə qarşı dözümlülük yaradır. Vətəni qorumaq duyğusu, kollektivdə işləmək bacarığı və dostluq münasibətləri formalaşdırır.

Babasının, nənəsinin ilk nəvəsi Dəniz şərəfli bir yolun astanasındadır. Bu gənc igid gənclərin hərbi xidmətə oktyabr çağırışında əsgərliyə göndəriləcəkdir.

Dəniz hələ məktəb illərindən hərbi xidmətə hazırlıq fənnindən, “Şahin” hərbi idman oyunlarında fərqlənirdi. Valideynləri, müəllimləri, digər qohumları və dostları inanırlar ki, o, içəcəyi hərbi anda sadiq qalacaq, komandirlərinin tapşırıqlarını layiqlə yerinə yetirəcək, haqlı olaraq “kişilik məktəbi” deyilən əsgəri xidməti fəxri fərmanlarla, valideynlərinə ünvanlanacaq təşəkkürnamələrlə başa vuracaqdır.

ELNARE HAZİYEVA