Qarşıda duran mühüm vəzifələr

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı ölkəmizin qarşıdakı dövr üçün əsas strateji hədəflərinə dair mühüm mesajlarla yadda qaldı.

Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını tarixi Zəfərimiz kimi qiymətləndirərək, bundan sonrakı mərhələdə əsas prioritetlərin güclü dövlət, möhkəm təhlükəsizlik, dayanıqlı iqtisadi inkişaf, fəal xarici siyasət və xalqın rifahının daha da yüksəldilməsi olduğunu vurğuladı.

Çıxışda hərbi gücün artırılması, ideoloji təhlükəsizliyin təmin olunması, beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi, investisiyaların təşviqi, enerji və nəqliyyat imkanlarımızın genişləndirilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesinin sürətləndirilməsi qarşıda duran mühüm vəzifələr kimi qeyd edildi.

“Ulu Öndər Heydər Əliyevin siyasi xətti dəyişməz olaraq qalır” fikri Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən dövlətçilik, müstəqillik, iqtisadi və hərbi güc prinsiplərinin davamlılığını bir daha təsdiqlədi.Azərbaycan qarşıya qoyduğu bütün strateji məqsədlərə inamla və qətiyyətlə doğru irəliləyir.

Müşfiq Məmmədli 

Milli Məclisin deputatı