Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029 Strategiyası

Dilarə Hacıyeva: “Rəqəmsal iqtisadiyyat strategiyası sahibkarlıq mühitini daha da müasirləşdirəcək” Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və müasir texnologiyaların tətbiqi dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin 10 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” ölkəmizdə innovativ sahibkarlığın genişlənməsinə yeni imkanlar açır. Bu fikirləri açıqlamasında “Sosial-İqtisadi Tərəfdaşlıq Naminə” İctimai Birliyinin sədr müavini Dilarə Hacıyeva bildirib. O qeyd edib ki, sənəd kiçik və orta biznesin rəqəmsal transformasiyasına, elektron xidmətlərin əlçatanlığının artırılmasına və rəqabət qabiliyyətinin yüksəldilməsinə birbaşa xidmət edir. D.Hacıyevanın sözlərinə görə, rəqəmsal həllərin tətbiqi həm şəffaflığı artırır, həm də vətəndaşların sosial-iqtisadi fəallığını gücləndirir.