Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov şəhid ailələrinin qayğıları ilə yaxından maraqlanmaq məqsədilə Salyan rayonunun Xələc kəndindən olan qəhrəman şəhidlərimiz, şəhid Bayramov Davud, şəhid Cəfərov Vüsal, şəhid Mehdiyev Samir və 1-ci Qarabağ müharibəsi zamanı bir övladı itkin düşmüş digər övladı isə şəhid olmuş ailələri
ziyarət etdi.
Hörmətli millət vəkilimiz Sadiq Qurbanovun şəhid ailələrinə etdiyi ziyarətlər sadəcə bir millət vəkilinin öz seçiciləri ilə görüşü deyil, xalqın qəhrəman övladlarına olan sonsuz sevgisinin və dövlətə sədaqətinin təzahürüdür. Bu cür addımlar şəhid analarına, atalarına və evladlarına tək olmadıqlarını, onların hər zaman dövlətin və xalqın arxasında dayandığını bir daha nümayiş etdirir.
Ziyarət zamanı şəhid ailələrinin qarşılaşdığı hüquqi, sosial, tibbi və ya məişət problemləri yerindəcə öyrənilərək aidiyyəti dövlət qurumları ilə sıx əlaqə saxlanılaraq bu məsələlərin operativ şəkildə həll olunması təmin edilməsi xahiş olundu.
Şəhid ailələrini ziyarət zamanı onları təsərrüfatı və yaşam tərzləri ilə də yaxından tanış oldu.
Şəhidlərimiz bizim qürur mənbəyimiz, onların ailələri isə bizlərə əmanətdir!