Sensei Manabu Murakaminin rəhbərliyi ilə keçirilən karate üzrə texniki seminar uğurla başa çatıb

8-ci dan qara kəmər sahibi, SKIF-in Baş Təlimatçısı Sensei Manabu Murakaminin rəhbərliyi ilə keçirilən karate üzrə texniki seminar uğurla başa çatıb.

İki gün davam edən seminar zamanı iştirakçılara SKIF karate məktəbinin texniki xüsusiyyətləri, müasir metodikalar və praktiki məşğələlər təqdim olunub. Tədbir karateçilərin texniki hazırlığının təkmilləşdirilməsi, beynəlxalq təcrübənin bölüşdürülməsi və məşqçi-idmançı potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Seminarın bağlanış mərasimində Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev, federasiyanın İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Azərbaycan Karate Federasiyası seminarın keçirilməsində əməyi olan hər kəsə, eləcə də Sensei Manabu Murakamiyə dəyərli bilik və təcrübəsini Azərbaycan karateçiləri ilə bölüşdüyünə görə təşəkkürünü bildirir.