Sərxoş gənc atasını bıçaqladı

Bakıda 20 yaşlı gənc 57 yaşlı atasına bıçaqla xəsarət yetirib. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən  verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 25-də saat 19 radələrində Y.Mürsəlov küçəsində sərxoş vəziyyətdə atası 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqova bıçaqla ağır bədən xasarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Məlik Elman oğlu Sadıqov tutulub. Faktla bağlı araşdırma aparılır.