ABŞ-nin İrana endirdiyi son zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb, 400-dən çox insan yaralanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur məlumat yayıb.
"Səhər saat 6:30-a qədər Amerika hücumları nəticəsində yaralananların sayı 400-ü keçib, 38 həmvətənimiz həlak olub", - Kermanpur sosial mediada yazıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində son gərginlik 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İslam Respublikası ərazisinə bir neçə zərbə endiriblər. Bu hücumların Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq edildiyi bildirilir. Elə həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməyə başlayıb.